4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Ölkə futbolu

“Qarabağ” tarixinin rekordunu təkrarladı

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə 28-ci qələbəsini qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri sonuncu – XXXVI turda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib.

Səfərdəki üç xal Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub. Bununla da “Qarabağ” mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb. 12 qat ölkə çempionu iki il əvvəl – 2022/23 mövsümündə də 28 qələbə əldə edib.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. “Neftçi” 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31