7 Mart 2026, Şənbə
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər
Kubokda yarımfinalçılar müəyyənləşdi
Azər Bağırov: “Bu, adamı üzür”

Ölkə futbolu

Elvin Məmmədov: “Rəhbərliklə fikirlərimiz üst-üstə düşür ki, Premyer Liqaya geri qayıdaq”

"Ötən tur Premyer Liqada düşməyimiz rəsmiləşmişdi. Bu durumda oyunçuları matça kökləmək çətindir. Nə qədər danışdıq, amma futbolçu psixologiyasıdır. Bilirdik ki, "Neftçi"nin də 5-ci yerə şansı var və bizə qarşı aqressiv oynayacaqlar. Bir oyunumuz qalıb. Onu düşünürük".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Elvin Məmmədov Azərbaycan Premyer Liqasının 35-ci turunda "Neftçi"yə 0:3 hesabı ilə oyundan sonra deyib.

O, “Artıq Birinci Liqaya fokuslanmısınız?” sualını belə cavablandırıb: “Bu barədə rəhbərliklə hələ dəqiq söhbət etməmişik. Ümid edirəm ki, yenidən "Səbail" iddialı olub, Birinci liqadan Premyer Liqaya yüksəlmək üçün hər şeyi edəcək. İndi danışmaq tezdir. Danışıq olmayıb. Rəhbərliklə fikirlərimiz üst-üstə düşür ki, Premyer Liqaya geri qayıdaq. Amma maliyyə məsələsi var. Çempionat bitdikdən sonra ətraflı danışacağıq. Xeyirdirsə, o yolda davam edəcəyik”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31