Ölkə futbolu
İş pulda deyil...
Bəzən elə komandalar olur ki, mövsüm boyu nümayiş etdirdiyi futbolla neytral azarkeşlərin də simpatiyasını qazanır. Məsələn, ötən mövsüm “Sumqayıt” çox xoş təsir bağışlayırdı. “Gənclik şəhəri”nin təmsilçisi büdcəsinə görə əksər kollektivlərdən geri qalsa da, düzgün idarəçilik sayəsində sonda avrokuboklara vəsiqə qazana bildi.
Bu mövsüm də eyni sözləri “Araz-Naxçıvan” haqda demək olar. Elmar Baxşıyevin çalışdırdığı kollektiv ilk turda “Qarabağ”a 1:4 hesabı ilə uduzsa da, sonradan sürət yığdı və 15 tur ərzində məğlubiyyətsiz irəlilədi. Naxçıvan təmsilçisi qələbələri sıralayırdı. Komanda elə sürət yığmışdı ki, hətta bir ara “Araz-Naxçıvan”ın “Qarabağ”la çempionluq uğrunda mübarizə apara biləcəyini iddia edənlər də vardı. Lakin qış fasiləsi ərəfəsində “Sabah” və “Qarabağ”dan alınan məğlubiyyətlər göstərdi ki, cari mövsüm “Araz-Naxçıvan” üçün ilk üçlüyə düşmək də uğur sayılacaq. Ehtiyat oyunçular skamyasının geniş olmaması, cəzalar, aparıcı futbolçuların zədələnməsi - bütün bunlar mövsümün ikinci yarısında Naxçıvan klubunun bir qədər zəif təsir bağışlamasına, lazımsız xal itkilərinə yol verməsinə gətirib çıxardı. Bütün bu problemlərə baxmayaraq, nəhayət ki, dünən komanda qarşıya qoyulan hədəfə çatdı. Səfərdə “Şamaxı”ya 1:0 hesabı ilə qalib gələn “Araz-Naxçıvan” sona 1 tur qalmış həm üçüncü yeri, həm də UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirdi. Bu, Naxçıvan futbolu tarixində ilk belə uğurdur. Bəziləri “Araz”ın doğma meydanda oynamamasını əsas gətirərək bu uğura qulp qoşmağa çalışsalar da, fakt faktlığında qalır ki, bu, Naxçıvan futbolu adına böyük uğurdur.
AVTOBUSSUZ, STADİONSUZ, AMMA “BÜRÜNC”LÜ “ARAZ-NAXÇIVAN”
2006-cı ildə “Bakı” ilk dəfə Azərbaycan çempionu olanda klubun vitse-prezidenti Nail Əliyev çox gözəl bir ifadə işlətmişdi: “Bakı” bir avtobusla çempion oldu!” Həqiqətən də “zolaqlılar”ın o vaxt avtobusdan başqa heç nəyi yox idi. İndi aşağı-yuxarı “Araz-Naxçıvan” da eyni vəziyyətdədir. Hətta Elmar Baxşıyevin komandasının vəziyyəti daha çətindir. Çünki “Araz”ın heç avtobusu da yoxdur. Komanda oyunlarına yollanarkən icarəyə götürülmüş avtobusların xidmətindən yararlanır. O ki qala stadion, baza ola. Komanda gündə bir stadionda məşq edir. Gah Buzovnada, gah Mərdəkanda, gah Suraxanıda, gah Sumqayıtda... Buna baxmayaraq, “Araz-Naxçıvan” başından yuxarı tullanmağı bacardı. “Neftçi”, “Sabah”, “Turan Tovuz”un büdcəsi, şəraiti daha yaxşı olsa da, heç biri “Araz-Naxçıvan”ın nəticəsini göstərə bilmədi. 10 komanda arasında büdcəsinə görə 6-7-ci sıralarda olan Naxçıvan klubu sübut etdi ki, həyatda olduğu kimi, futbolda da pul çox şeyi həll etsə də, hər şey demək deyil. Pulla çempion olmaq mümkün olsaydı, nə var idi...
MƏHDUD KOLLEKTİV
Büdcəsi böyük olan klubların avtomatik olaraq işçi kollektivi də geniş olur. Məsələn, “Sabah”ın təkcə SMM xidmətində çalışanlar bəzən bütün media sektoru zəbt edirlər. Lakin “Araz-Naxçıvan”ın kollektivi o qədər kasaddır ki, bir işi eyni zamanda bir neçə nəfər görür.
Futbol təkcə 11 nəfərin meydana çıxıb oynaması deyil. Meydandan kənar o qədər işlər var ki... “Araz-Naxçıvan”da da o cür işlərlə cəmi 3 nəfər məşğul olur. Onlardan biri menecer Şahin Rzayevdir. Digər ikisi isə keçmiş həmkarlarımız Eldəniz Yusubov və Mahal Məmmədov. Ötən il Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovdan müsahibə alanda bildirmişdi ki, “Eldənizdən çox razıyam. Yusifov klubda beş adamın işini görür”. Eyni sözləri Mahal barədə də demək olar. II Qarabağ müharibəsi iştirakçısı olan, fəxrimiz Məmmədov uzun illərdir istər mətbuatda, istər federasiyada, istərsə də klubdakı fəaliyyəti ilə daim müsbət mənada seçilib.
ELMAR BAXŞIYEVİN ÖZÜNÜTƏSDİQİ
Elmar Baxşıyev son illər Azərbaycan futbolunda özünü ən yaxşı tərəfdən göstərən məşqçilərdəndir. O, “Qəbələ”yə Azərbaycan kubokunu qazandırmaqla adından söz etdirməyi bacarmışdı. Lakin ötən il bölgə təmsilçisi uğursuz çıxışla yadda qaldı. “Qəbələ”nin Premyer Liqanı tərk etməsində Baxşıyevi günahkar görənlər də var idi. Odur ki, “Araz-Naxçıvan” Elmar Baxşıyev üçün yenidən özünütəsdiq şansı idi. Əminliklə söyləmək olar ki, mütəxəssis bu işin öhdəsindən lazımınca gəldi. Naxçıvan klubuna bürünc medal qazandırmaqla Elmar Baxşıyev ona qarşı qərəzli yanaşanları, haqsız danışanları susmağa məcbur etdi. 45 yaşlı mütəxəssis sübut etdi ki, əvvəlki nəticələri, qazandığı uğurlar heç də təsadüfi deyil. Əlində lazımi material varsa, Baxşıyev qarşıya qoyulan hədəfə çatır.
Elmar Baxşıyevin formalaşdırdığı kollektiv “Araz-Naxçıvan”ı bürünc medala daşıdı. O, yerli və əcnəbi futbolçuların vəhdətindən çox gözəl kollektiv formalaşdırdı. Oyunçulardan kimisə fərqləndirmək istəməzdik. Çünki heyətində Kristian Avram, İqor Ribeyro, Qara Qarayev, Felipe Santos, Ramon Maçado kimi aparıcı futbolçular olsa da, “Araz-Naxçıvan” fərdlərin sayəsində deyil, məhz komanda şəklində uğur qazandı.
VƏ ZAUR AXUNDOV AMİLİ
Bir vaxtlar Azərbaycan futbolunda əsas söz sahibi zəngin iş adamları, rəhbər şəxslər idi. Hafiz Məmmədov, Rövnəq Abdullayev, Cahangir Hacıyev, Mübariz Mənsimov, Tahir Yusifov və b. Mənə görə Zaur Axundov o nəsildən futbolda qalan sonuncu mogikandır. Fikirlər müxtəlifdir, amma hesab edirəm ki, əsl klub rəhbəri məhz lazım gələndə futbolçusuna qışqırmalıdır, lazım gələndə yumruğunu stola çırpmalıdır, lazım gələndə də komandaya ən yüksək məbləğdə mükafat qoymalıdır. İndi futbolumuzda bu cür rəhbər şəxslərin yoxluğu hiss olunur. Ona görə də Zaur Axundovun Azərbaycan futbolunda yeri tam başqadır.
Naxçıvan Futbol Federasiyasının rəhbəri olan Axundov daim “Araz-Naxçıvan”ın çıxışını diqqətdə saxlayır. Hər zaman komandanın yanında olan Axundov kollektivin uğur qazanması üçün hər cür şərait yaradır. Üstəlik, Zaur Axundov daha əvvəl çalışdığı istər futzalda, istərsə də “Keşlə” uğur qazanıb. Bu baxımdan “Araz-Naxçıvan”ın da nəticə verməsi çox vacib idi. Komanda bu mövsüm üçüncü yeri tutmaqla həm də Zaur Axundovun “mən iddiasız yerdə olmalaram” deyimini təsdiqlədi.
İndi isə qarşıdan avrokuboklar gəlir. İnanaq ki, Naxçıvan klubu ölkə daxilində olduğu kimi, ölkə xaricində də qazandığı nəticələrlə bizləri sözün yaxşı mənasında təəccübləndirəcək.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- II turun hakim təyinatları açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Zirə" "İmişli"ni məğlub etdi
-
18:35
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
-
17:54
"Kəpəz"in müdafiəçisi 6 həftəlik sıradan çıxdı
-
17:26
"Mançester Yunayted" yubiley oyununa çıxır
-
16:47
Füzuli Məmmədov komandasının liderliyini şərh etdi: “Bu qələbələr bizi arxayınlaşdırmamalıdır”
-
15:13
Georgi Kondruseviç "Naxçıvan"ın baş məşqçisi təyin edilib
-
14:59
Rəşad Nəbiyev yeniyetmə və gənc cüdoçularla görüşüb
-
14:32
Renat Dadaşov: "Bukovina"nın təklifi və baş məşqçinin yanaşması məni razı saldı"
-
14:00
AFFA-dan hakimləri təhqir edən futbolçuta 4 oyunluq cəza
-
13:21
"Neftçi" serbiyalı legionerlə müqavilə bağlayıb
-
12:48
Şahin Bağırov Samuxda yeniyetmə voleybolçularla görüşüb
-
12:05
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
11:34
Azərbaycan millisinin üzvü “Murov Az Terminal”a keçib
-
11:17
Dadaşov Ukrayna klubunda
-
10:56
“Barselona” “Feyenoord”u darmadağın etdi VİDEO
-
10:42
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
Zubir yeni klubu ilə müqavilə bağladı
-
10:09
Ronaldo 979-a çatdı
-
09:51
"Qalatasaray" ÇL-ə məğlubiyyətlə başladı VİDEO
-
09:30
Şeydayevin komandası kubokla vidalaşdı
-
19:29
"Şahdağ Qusar" daha bir iddialı rəqibini məğlub etdi
-
18:42
Azərbaycan millisi Moldovaya məğlub oldu
-
18:13
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
-
18:01
Maykl Karrik “Sabah”la oyundan danışdı
-
17:38
Milli Paralimpiya Komitəsində parataekvondoçularla görüş keçirilib
-
16:55
16 cüdoçumuz Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq
-
16:24
Azərbaycan millisinin üzvü "Turan"a transfer olunub
-
16:00
Azərbaycanın iki paraüzgüçüsü Avropa çempionatında finala yüksəlib
-
15:47
Millimiz yenə gürcülərə uduzdu - bu dəfə darmadağın
-
15:16
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
-
14:59
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə I dan dərəcəsi üzrə imtahan keçiriləcək
-
14:32
"Araz-Naxçıvan"ın hücumçusu Burundi millisinə dəvət olunub
-
14:03
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
-
13:41
Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
-
13:28
Cüdonun kata növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
13:15
Amerikalı oyunqurucusu "Neftçi"də
-
12:54
"Murov Az Terminal"dan növbəti transfer
-
12:37
Azərbaycanın kayak və kanoeçiləri Belarusda mübarizə aparacaqlar
-
12:00
"Borussiya" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:29
Tələbələrin dünya çempionatında qalib olan ilk Azərbaycan atleti
-
11:12
"Sabah" braziliyalı hücumçu ilə gücləndi
-
10:53
Millimizin rəqibi Gürcüstana qalib gəlib
-
10:31
“Rakuv”un yeni baş məşqçisi müəyyənləşdi
-
10:08
AFFA-nın “yad balaları” və ya “Şəfa”lı dejavü...
-
09:45
Zubirin transferində gözlənilməz problem
-
09:24
“Kür-Araz" - "Şəki" matçında 3 qol VİDEO
-
18:17
Yeni klubu Koxalskini təqdim etdi
-
17:43
II Liqada 12 oyunun vaxtı açıqlandı
-
17:05
"Neftçi" kanadalı legionerlə müqavilə bağlayıb
-
16:29
“Karvan-Yevlax” koreyalı legioner transfer etdi
10.09.2026
09.09.2026
08.09.2026
























