6 Noyabr 2026, Cümə
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Ölkə futbolu

“Zirə” tarixində dördüncü dəfə medalçı oldu

“Zirə” tarixində ilk dəfə ardıcıl iki medala sahib olub.

Futbolxeber.az saytınn Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının daha bir mükafatçısı bəlli olub.

“Qarabağ”ın ardından “Zirə” də “üçlük”də yerini təmin edib.

Buna XXXII turun “Turan Tovuz” - “Şamaxı” oyunu səbəb olub. 1:1 hesablı bərabərlikdən sonra “Zirə” mükafatlardan birini qazanıb. Rəşad Sadıqovun yetirmələrinin 61, 4-cü olan Tovuz təmsilçisinin 49 xalı var və sonuncular qələbə sayında rəqibinə çatmaq imkanını itirib.

Bu, "Zirə"nin Azərbaycan çempionatlarında 4-cü mükafatıdır. Komanda 2015/2016 və 2024/2025 mövsümlərində gümüş, 2022/2023 mövsümündə isə bürünc medalların sahibi olub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30