7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

Azərbaycan Voleybol Federasiyası və CEV rəsmiləri milli üzvləri ilə görüşüblər

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev, AVF-nin baş katibi Faiq Orucov, AVF prezidentinin müşaviri Cəlil Cəfərov, gənc qızlardan, həmçinin oğlanlardan ibarət millilərin oyunçuları və məşqçiləri ilə görüşüblər.

Futbolxeber.az saytının AVF-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan toplantıda CEV rəhbəri gəncləri salamlayıb, onlara uğurlar arzu edib.

O, AVF-də uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Daha sonra AVF-nin icraçı direktoru Vüqar Hüseynzadə federasiyada görülən işlər və qarşıdakı planları əhatə edən təqdimatla çıxış edib.

AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme çıxış edərək bildirib ki, məşqçiliyə yeni başlayan mütəxəssislərlə işlər aparılır, onların bilik və bacarıqlarının artırılmasına dair müxtəlif seminarlar təşkil olunur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31