Ölkə futbolu
Samir Abasov: “Bütün məsuliyyət mənim boynumdadır”
“Azarkeşlərimizə təşəkkür edirəm. Birinci dəfədir ki, səfər matçında bu qədər azarkeş yığılmışdı. Onların dəstəyini də hiss edirdik, arxamızda olduqlarını görürdük. Kubokun bütün məsuliyyəti mənim boynumdadır. Qırılmış ümidlərə görə azarkeşlərdən üzr istəyirik. Baxmayaraq ki, komandanı biz yığmamışıq. Bəzi səbəblərə görə qış fasiləsindən də yaxşı yararlana bilmədik, istədiklərimizi gətirə bilmədik. Bizim əsərimiz deyil. Kuboka görə məsuliyyət daşıyırıq. Üzr istəyirik”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Sabah”a qarşı keçirilən matçdan (1:1) sonra deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- 80 faiz komandanın heyətində olanlara baxanda, deyirsiniz ki, bunlar "Neftçi"yə necə gəlib? Anderssonu görsəniz, ona nə deyərdiniz?
- Söz demək mənə düşmür. Çünki birlikdə işləməmişik. O və başqa insan haqda danışmaq istəmirəm. Bu gün üzüldüyüm məqam var. yaxşı köklənmişdik matça. Birinci hissə bu il ən yaxşı oynadığımız futbolu göstərdik. Rəqibə qapımıza yaxınlaşmağa imkan vermədik. Qapıçı ilə müdafiəçimiz anlaşa bilmədi. Qol epizodlarımız var idi. Onları vursaydıq... Əhval-ruhiyyə möhtəşəm idi. Rəqibi hər cəhətdən təhlil etmişdik. Uşaqlar onu anladı. Əfsuslar ki, sona kimi gətirə bilmədik. Sona qədər press edib, rəqibə imkan verməmək gücdə deyilik. Rəqibimiz də yaxşıdır. "Sabah"ın heyətində birəbirdə yaxşı oyunçular var. O komponentdə bəlkə də bizdən daha üstündür. Rəqibin əvəzetmələrindən sonra top saxladılar, canlandılar. Biz irəliyə atılmağa başladıq, boşluqlar verdik. İkinci məsələ də odur ki, fasiləyə gələndə, şikayətlənməyə başladılar. Emin Mahmudov gördük ki, bu gün lider kimi oyunda idi, amma sona qədər çatdıra bilmədi. Hamısı əvəzetmə istəyirdi. Bizim əvəzetmələrimiz effekt verməsə də, mərhələni keçə bilmirdik, bütün hücumameyilli oyunçuları meydana buraxdıq. Rəqib hücumameyilli oyuna buraxandan sonra fərq yaratdı, biz onu edə bilmədik. Kaş ki, 11-lik sona qədər davam edərdik. Planlar cızırıq. Bu oyunla bağlı deyildi, bundan əvvəl də deyilirdi. Rəhbərlik və biz tərəfdən də qərarlar veriləcək. Burada açıqlama istəmirəm. Daha yaxşı "Neftçi" kimi gəlmək istəyirik. "Neftçi"yə layiq olan oyunçuları da tapıb, gətirməliyik. Daim davamlı olaraq, birinci hissədəki oyunumuzu oynayacaq oyunçular...
- Bassalu Sambuya qırmızı verilməsəydi, "Neftçi" bu gün finalda olardı?
- Məncə, o qədər də aidiyyəti yoxdur. Hər mövqedə ümid etdiiymiz oyunçular var. Amma o yoxdur deyə, o haqda danışa bilmərik. Sambu gələndən sonra əsas hücumçumuza çevrilmişdi. Üç qol vurub, bu da bizi ümidləndirirdi. Cəzasını bir oyuna da salmadılar. Sual pis deyil. Sambu burada yoxdursa, niyə digər hücumçular onun kimi oynamır. Bu da doğru yanaşma deyil. Sambu yoxdursa, orada Dambo, Şeydayev, Ağadadaş var. Niyə biz qışda gələn Sambunun olmamasına üzülməliyik? Çətindir.
- "Qarabağ"la oyuna Darbo, Alekslə başlamışdınız. Düşünmək olardı ki, bu, "Sabah"la oyunun hazırlığı idi. Amma bu gün hücumda fərqli heyət gördük. 4-5 gün ərzində nə dəyişdi?
- Dəyişilən bir şey yox idi. Ağadadaş Salyanski "Qarabağ"la matçda zədəli idi. Ağadadaş bu gün əsas hücumçumuza çevrilmişdi. Bu da səbəbi Darbonun qış toplanışını bizimlə keçməmisi idi. Fikirləşdik ki, ən azından Ağadadaş yoxdursa, Darbonu dəyişərdik.
- Əvəzetmələri gec etdiniz. Bu, ehtiyat qüvvəyə inamsızlıqdan irəli gəlirdi?
- İlk hissədə göstərilən performans məni razı salırdı. Dəyişikliyə lüzum da yox idi. Təhlillərimizi onlarla etmişdik. Amma həmişə hər şey istədiyimiz kimi olmur. Kimsə oyundan düşdü. Emin Mahmudov 2-3 epizodda top itirdi. Yorğunçuluqdan irəli gəlirdi. Başqalarını dəyişmək istəyirdik, amma Sek, Ştoqrin əvəzetmə istədi. Sistemi dəyişdik. Qol vurmaq alınmadı. Meydana daxil olanlar effekt vermədi. Deyirdim kaş ki, əvvəlcədən oynayanlar sona qədər oynasınlar. Əfsuslar olsun ki, belə deyildi.
- "Neftçi" bu gün qocaları xatırladırdı. Amma məsuliyyəti üzərinizə götürdünüz. Futbolçuları qoruyursunuz?
- Heç kimi qorumaq fikrində deyiləm. Komandanı mən yığmamışam. Heç bir futbolçunun burada olmasına məsuliyyət daşımıram. Bu qədər azarkeş mənə inanırdı, məsuliyyəti daşıyırdım. Komandanı finala çıxarmaq istəyirdim. Edə bilmədiyimə görə üzr istəyirəm.
- Faiz nisbətlə deyə bilərsiniz, növbəti mövsüm "Neftçi" neçə faiz dəyişməlidir ki, bugünkü birinci hissədəki oyunu hər matçda göstərsin?
- Hər bir məşqçinin oyun üslubuna uyğun futbolçular var. İşlədiyim komandalarda da həmin mövqelərdə hansı oyunçuların oynadığını görmüsüz. Sabir Buqrini deyərdim. Məqsədimiz ən azından oyun üslubumuza uyğun futbolçuları götürməkdir. Neçə faiz gedəcək, neçə faiz qalacaq...
- Heyətə cəlb edilmiş legionerlərin müqavilələri uzunmüddətlidir. Onları göndərib, istədiklərinizi gətirmək üçün təzminat ödəməli olacaqsınız. Məhz bu məqam istədiyiniz heyəti qurmağa maneçilik törədə bilər?
- Buna indi cavab vermək çox çətindir. Bura yeri deyil. Ətraflı hər şeyi biz də bilirik, klubla danışırıq. Ən yaxşısı nədirsə, klub və oyun üçün onalr da əlindən gələni edir. Həmin prbolemlər var. Digər komandalar bunu çözə bilirlər, ümid edirəm ki, biz də çözə biləcəyik. Bunu zaman göstərəcək. Kimi göndərəcəyik danışmaq tezdir, yeri deyil. Zaman göstərəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Şeydayevin yeni klubu müəyyənləşdi
- “Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
- Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
-
18:13
"Kəpəz"də yeni müqavilə
-
18:00
Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək
-
17:34
“Sumqayıt” - “Neftçi” matçının biletləri sabah satılacaq
-
17:22
Azərbaycan paracüdoçuları Avropa çempionatında iştirak edəcəklər
-
16:49
“Qarabağ” - “Dinamo" oyunundan öncə fan-zona təşkil ediləcək
-
16:15
İspaniya Superkubokunun oyunları İstanbulda keçiriləcək
-
15:51
Çexiya millisinin sabiq kapitanı Azərbaycan klubunda
-
15:26
Azərbaycanın velosiped milliləri Gədəbəydə təlim-məşq toplanışına başlayıblar
-
15:07
"Şəfa" daha bir legioner transfer etdi
-
14:48
"Araz-Naxçıvan" onu geri qaytardı
-
14:33
“Qarabağ”ın matçı ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdiriləcək
-
13:14
“Neftçi” heyətini amerikalı ilə gücləndirib
-
12:59
"Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
-
12:42
Azərbaycan Premyer Liqası: ilk turun hakim təyinatları açıqlandı
-
12:25
Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub
-
12:00
Yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vurulub
-
11:51
Mikels Malta klubuna keçdi
-
11:36
Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
-
11:18
“Səbail” Türkiyə klubu ilə qarşılaşacaq
-
11:03
"Gəncə" 3 basketbolçusu ilə yollarını ayırıb
-
10:44
Voleybol millimiz Belarusa qalib gəlib
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
Xavinin yeni iş yeri müəyyənləşdi
-
09:52
Millimiz Qazaxıstana uduzub
-
09:30
"Qarabağ" "Dinamo"ya qarşı
-
21:24
"Qarabağ" azarkeşlərindən komandaya möhtəşəm dəstək VİDEO
-
18:59
Dünya Güləş Birliyi Bakıdakı tədbiri yüksək qiymətləndirib
-
18:30
Matvey Ponomarenko: “Qarabağ”la oyunda məqsədimiz qələbədir”
-
18:12
"Dinamo"nun baş məşqçisi: "Qarabağ" avrokuboklarda təcrübəlidir"
-
17:45
“Neftçi”də iki yeni müqavilə
-
17:28
“Şəfa” braziliyalı hücumçu transfer etdi
-
17:03
U-20 dünya çempionatında iştirak edəcək güləşçilərimiz açıqlanıb
-
16:36
Hidayət Heydərov və Nizami İmranov Niderlandda Olimpiya Təlim Düşərgəsinə qatılıblar
-
16:11
Dünya çempionatında iştirak edəcək yeniyetmə cüdoçularla görüş keçirilib
-
15:57
"Çelsi"dən müdafiəçi transferi
-
15:24
"Gəncə" türkiyəli mütəxəssislə vidalaşıb
-
15:00
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
-
14:49
"Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı açıqlandı
-
14:12
Qurban Qurbanov: “Yaxşı nəticə qazanmaq istəyiriksə, texniki səhvlər azalmalıdır”
-
13:35
AMADA Azərbaycan Voleybol Federasiyasında maarifləndirici tədbir keçirib
-
12:58
"Şəfa"dan daha 4 transfer
-
12:23
"Orxus"un futbolçusu: "Oyunumuz çox bərbad idi"
-
11:06
"Hapoel" "Sabah"a belə rəqib oldu VİDEO
-
10:41
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
Azərbaycan klubu xorvatiyalını transfer etdi
-
09:54
"Sabah"dan 4 cavabsız qol VİDEO
-
09:30
“Turan Tovuz”dan yenilik
-
21:54
“Sabah” "Orxus"u darmadağın etdi
-
21:00
“Neftçi” macarıstanlı yarımmüdafiəçi transfer etdi
-
19:33
"Sumqayıt"dan növbəti transfer
13.08.2026
12.08.2026
11.08.2026
























