6 Noyabr 2026, Cümə
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Ölkə futbolu

"Qarabağ" "Azərsun Arena"ya qayıdır

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, müraciətdə “Azersun Arena”da təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün son ev oyunlarını “Azersun Arena”da qəbul etmək istədiyi bildirilib.

"Qarabağ” klubunun müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan Peşəkar Futbol Liqası klubun müraciətini müsbət qarşılayıb.

Beləliklə, 33-cü turun “Sumqayıt” ilə görüşündən etibarən (“Qarabağ” - “Sumqayıt”, 4 may saat 18:00) “Qarabağ” klubu ev oyunlarını “Azersun Arena”da keçirəcək.

Qeyd edək ki, ötən ilin oktyabr ayından "Azərsun Arena"da təmir işləri aparıldığı üçün "Qarabağ" ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirirdi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30