5 Fevral 2026, Cümə axşamı
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Ölkə futbolu

"Turan Tovuz" üçün yubiley oyunu

Azərbaycan Premyer Liqasının XXVIII turu “Turan Tovuz” üçün əlamətdar olub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, Qərb təmsilçisi turnirdə 100-cü matçına çıxıb.

Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz klubu yubiley oyununda “Qarabağ”a 1:4 hesabı ilə uduzub. Komanda 100 qarşılaşmada 34 qələbə qazanıb, 28 heç-heçə edib və 38 dəfə məğlub olub. Bu görüşlərdə 124 dəfə fərqlənən tovuzlular 135 qol buraxıb.

Tovuzdakı matç həm də meydan sahiblərinin 50-ci ev oyunu olub. 18 qələbə və 12 heç-heçəsi olan komanda 20-ci məğlubiyyətini alıb. 67 qol vuran “Turan Tovuz” 70 top buraxıb.

Qeyd edək ki, Premyer Liqada 2022/2023 mövsümündə debüt edən Tovuz təmsilçisi ilk matçını 2022-ci il avqustun 8-də “Qəbələ”yə qarşı keçirib - 0:2.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28