9 Iyun 2026, Çərşənbə axşamı
Minifutbol millimizin zəfər turu
"Zirə" Tiaqo Silva ilə yolları ayırdı
AFFA, bir təbrikə dəymədi?
Azərbaycan millisi Maltaya uduzdu

Ölkə futbolu

AFFA-nın baş katibi: “Ehtiram Quliyevə təşəkkür edirəm ki, futbolumuza belə dəstək verir”

“Bu gün Tovuz rayonunda futbol adına gələcəyimizin qapısını açırıq. Buradakı uşaqların hamısı bizim gələcəyimizdir”.

Futbolxeber.az saytının Tovuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binasının açılış mərasimində çıxışı zamanı deyib.

O, Azərbaycan futbolunun inkişafı üçün gördüyü işlərə görə “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevə təşəkkür edib:

“Əminəm ki, burada milli komandamız üçün yeni nəsil yetişir. Tovuz futbol anlamında başqa regionlar üçün də bir nümunədir. Hamını təbrik edirəm. Doğrudan da çox vacib tədbirdir. Necə deyərlər, davamı gəlsin. Bilirsiniz ki, AFFA-nın yeni Strategiya planında bu cür tədbirlər bundan sonra da olacaq. İlki Tovuzda baş verir. Ehtiram Quliyevə təşəkkür edirəm ki, futbolumuza belə dəstək verir”.

Fərəc Aslanov

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30