7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

Millimizin baş məşqçisi: “Bu təzyiqə hazır idik və bizim də öz cavablarımız oldu”

"Xorvatiya millisi Avropanın güclü komandalarından biridir. Çətin görüş olacağını bilirdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futzalçılarda ibarət milli komandamızın baş məşqçisi İlqar Aslanov Xorvatiyaya qarşı keçirilən oyundan sonra deyib.

Mütəxəssis azfutzal.az-a açıqlamasında 3:3-lük bərabərliyi belə şərh edib: “İlk oyunda Bosniya və Herseqovinaya məğlubiyyət də sanki uşaqları ayıltmışdı. Çünki dünənki görüşdən fərqli olaraq bu dəfə rəqibdən çəkinmədilər. Hətta hesabı onlar açsa da, ardıcıl qollar vurmağımız uşaqları daha da həvəsləndirdi, özünəinamı artırdı”.

O, komandasının xorvatlarla matçda əzmkarlıq göstərdiyini vurğulayıb: “Rəqibi də yaxşı öyrənmişdik. Bilirdik ki, ilk saniyələrdən pressinq edəcəklər. Bu təzyiqə hazır idik və bizim də öz cavablarımız oldu. Qazanılan xala görə komandamı təbrik edirəm. Bu, U-19-un tarixində əsas mərhələdə qazanılan ilk xaldır. Oyunlar çox keçirdikcə, uşaqlarda inam artacaq, təcrübədə qazanacağıq, nəticələrimiz də yaxşı olacaq”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31