7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

AFFA 5 klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda II Liqanın 18-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Ağdaş” - “Şəki Siti” oyununda “Ağdaş”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.

Matçın 90+3-cü dəqiqəsində meydan sahiblərinin 20 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, “Ağdaş” 50 manat cərimə edilib.

Görüş bitdikdən sonra “Ağdaş”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 80 manat cərimə edilib.

“Şəfa” - “Şəmkir” oyununda qonaqlardan 4 nəfər sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.

Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 80 manat cərimə edilib.

“Kür-Araz” - “Füzuli” matçında “Kür-Araz” matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimələnib.

Qarşılaşmada futbolçusu sarı vərəqə aldığı üçün "Kür-Araz" 70 manat cərimə edilib.

Görüşdə “Füzuli”nin 4 futbolçusunun sarı vərəqə alması səbəbindən klub 70 manat cərimələnib.

“Füzuli” komandasının adı matçın protokolunda olmayan rəsmi şəxsi Vasif İsmayılov texniki zonada olduğu üçün klub 80 manat cərimələnib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31