7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

Ayxan Abbasov: “Gələcəyə ümidliyik”

“Gənclərimizin həm Moldova, həm də Şimali Makedoniya ilə yoxlama matçlarında xarakter nümayiş etdirmələri məni sevindirdi. Gələcəyə ümidliyik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışı zamanı Şimali Makedoniya yığması (0:0) ilə keçirilən yoxlama görüşündən sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

Mütəxəssis hər bir futbolçuya şans vermək istədiyini söyləyib: “Təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz yoxlama görüşlərində məğlub olmamağımız sevindirici haldır. Qısa müddətdə əksər futbolçulara şans verməyə çalışdıq. Düzdür, bəziləri oynaya bilmədilər. Növbəti toplanışda hamıya bu imkanı vermək istəyirəm. 2006-2007-ci il təvəllüdlü uşaqların U-21-də yer almaları gələcək üçün ümidverici məqamdır. Fikrimcə, hazırlığımız səmərəli keçdi. Futbolçularımızın yaya qədər klublarında mütəmadi oynamaları çox vacibdir. Yay toplanışında daha iki yoxlama matçı keçirməyi nəzərdə tuturuq. Ondan sonra rəsmi qarşılaşmalar barədə düşünəcəyik”.

Qeyd edək ki, U-21 toplanış çərçivəsində Moldova yığmasına qalib gəlib (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə heç-heçə edib (0:0).

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31