7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

“Neftçi”nin hücumçusu: “Belaruslu futbolçulara hansısa kömək lazım olsa, edəcəm”

“Neftçi”nin hücumçusu Yeqor Boqomolski bu gün keçiriləcək Azərbaycan - Belarus yoldaşlıq oyunu ilə bağlı AFFA-nın mətbuat xidmətinə müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, o, Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq görüşünün keçiriləcəyi barədə məlumatı eşidəndə sevindiyini bildirib:

“Çünki hər iki komandada çoxlu tanışlarım var. Həmin oyunu izləmək maraqlı olacaq. Yığmada kifayət qədər təcrübəli futbolçular var. Əlbəttə ki, onlara hansısa kömək lazım olsa, bunu edəcəyəm”.

24 yaşlı forvard bir hücumçu olaraq Azərbaycan millisində ən çox çəkindiyini müdafiəçilərin adlarını açıqlayıb: “Elvin Cəfərquliyev və Bəhlul Mustafazadəni xüsusi vurğulamaq istərdim”.

O, Azərbaycan millisinin üstün və zəif cəhətlərindən də söz açıb: “Sizin texniki cəhətdən yaxşı futbolçulardan qurulmuş kifayət qədər güclü milliniz var”.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31