Ölkə futbolu
Santuşun minnəti - QEYD
Aylardır idman mətbuatından uzaq gəzən milli komandamızın baş məşqçisi Fernandu Santuş nəhayət ki, uzun fasilədən sonra Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvinə münasibət bildirdi. Kaş bildirməz olaydı. Çünki onun dediklərini hansısa azərbaycanlı məşqçi desəydi, bu dəqiqə mətbuat basıb gözünü çıxarırdı ki, “utanmaz, yaltaq, özünü AFFA-ya göstərir, yerini şirin edir və s.”
“Təkcə legioner limiti ləğv olunmayıb, həm də komanda sayı artırılıb. Bunun nə qədər faydalı olacağını görmək üçün zaman lazımdır”.
Ay Santuş müəllim, heç dediklərinizdən xəcalət təri axıdırsınız? Millimizin baş məşqçisi kimi boş-boşuna hər ay aldığınız paçka-paçka pullar boğazınızdan necə keçir? Bu nə açıqlamadır? Necə yəni zaman lazımdır? Məlum məsələdir ki, hər bir addımın nə qədər faydalı olub-olmayacağını bilmək üçün vaxta ehtiyac var. Bunu demək üçün Portuqaliyadan basa-basa Azərbaycana gəlməyə ehtiyac yox idi. Bunu qonşumuz Əlövsət dayı da deyir...
Mister Santuş, siz bir daha sübut etdiniz ki, Azərbaycanda sizi düşündürən yalnız puldur. Çünki bu cür cavabı ancaq “salla başını, al maaşını” prinsipi ilə işləyən adam verə bilər...
Portuqaliyalı mütəxəssis hər ay ona layiq olmadığı pullar verən AFFA rəhbərliyinə yarınmağı da unutmur. “Təkcə legioner limiti ləğv olunmayıb. Komanda sayı da artırılıb” - bu, mədəni şəkildə Azərbaycan futbolunda təkcə pis yox, yaxşı şeylər də olub deməkdir...
Fernandu Santuşun bura qədər qabartdığımız fikirləri AFFA rəhbərliyinə xoş görünmək üçün dediklələri idi. “Haiti millisi FİFA reytinqində bizdən 30 pillə irəlidədir. Çox yaxşı, keyfiyyətli komandadır, zəif rəqib deyil. Qələbə qazanmaq üçün rəqib seçsəydik, daha zəif kollektivlə üz-üzə gələrdik” - bu açıqlamada isə həm şişirtmə var, həm də minnət!
Əvvəla, ondan başlayaq ki, təkcə Santuş yox, AFFA-ya yaltaqlanan bəzi “mütəxəssislər” də Haiti millisini dağ başına qaldırıblar. Pah, dünya reytinqində 86-cı imiş. Olsun da. Nə böyük nəticədir? Ay Haitini güclü rəqib kimi təqdim azərbaycanlı məşqçilər, bu komanda sonuncu dəfə nə vaxt yoxlama oyununda Avropa təmsilçisi ilə üz-üzə gəlib, bilirsiniz? Bilmirsinizsə, deyim – 2014-cü ilin martında. Həmin vaxt Haiti yığması Kosovo ilə qarşılaşıb. Bu fakt onu göstərir ki, Avropa ölkələri yoxlama matçında Haiti kimi rəqiblə üz-üzə gəlməkdə maraqlı deyillər. Elə olmasaydı, yəqin ki son 11 ildə hansısa Avropa yığması Haitini özünə rəqib seçərdi. Haiti millisinin son 2 ildə üz-üzə gəldiyi rəqiblərin adlarına baxın – Aruba, Sint-Marten, Puerto-Riko, Barbados, Sent-Lyusiya, Fransız Qvianası, Yamayka, Surinam, Kuba... Bilinmir, futbol yığmalarıdır, yoxsa coğrafiya dərsindəyik...
“Azarkeşlərimizə qalibiyyət bəxş etmək istəyirik. Amma indi rəqib seçəndə bunu düşünmürük. Biz indi gələcəyin milli komandasını formalaşdırırıq”. – Cənab Santuş, siz gələcəyin komandasını formalaşdırırsınızsa, niyə son zamanlar adından söz etdirən “Səbail”in qapıçılarından birini yığmaya dəvət etmədiniz? Şahruddin Məhəmmədəliyevin onsuz da potensialına bələdsiniz... Bu cür misallar N qədər çəkmək olar. Amma və lakin vaxt itkisidir. Onsuz da AFFA rəhbərliyi də, Fernandu Santuş da öz işlərindədirlər – necə deyərlər, salla başını, al maaşını...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
-
15:13
Azərbaycan komandası TeamGym üzrə Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:48
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
-
14:32
İtaliya klubunda yeni baş məşqçi
-
13:54
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
-
11:56
"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:31
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
-
11:09
“Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
16.10.2026
15.10.2026
























