30 May 2026, Şənbə
Millimiz Fransaya da qalib gəldi
Azər Bağırov "Kəpəz"dən getdi
ÇL-də final: PSJ, yoxsa “Arsenal”?
“Qrup lideri olmaq niyyətindəyik”

Ölkə futbolu

Azər Bağırovdan qələbə şərhi

"Son oyunlarda qol epizodları yaradırıq, amma dəyərləndirə bilmirik. Daha hazırlıqlı, ehtiyat oyunçular skamyası daha zəngin olan komandaya qarşı oynayırdıq. Onlara 2 kubok matçında məğlub olmuşuq. Komandanı bu oyuna yaxşı motivasiya edə bildik. Meydanda maraqlı mübarizə getdi. Çox qol ola bilərdi. Şükürlər olsun ki, 3 xal qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Mütəxəssis mətbuat konfransında daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Kərim Lkoça 2 epizod qaçıranda nə düşündünüz?

- Bu barədə heç fikirləşmirəm. Bu, həyatdır, qaçıra da bilər, vura da bilər. Vursaydı, daha rahat olardıq.

- "Sumqayıt"ın 11 oyundur qol vura bilməməsi amili “Kəpəz”lə matçda necə təsir edə bilər?

- Mənfi amillər bizdə daha çoxdur, nəinki "Sumqayıt"da. Çünki onlar evdə oynayır. “Sumqayıt”ın ehtiyat skamyası zəngindir. Hansı ki, Rövlan Muradov, Səbuhi Abdullazadə kimi futbolçular ehtiyatda qalır.

- Roman Qriqorçuk, Şahin Diniyev "Kəpəz"lə oyundan sonra istefaya göndərilib. Eyni aqibət Vaqif Cavadovu gözləmir?

- Vaqifə böyük hörmətim var. Kimisə istefaya göndərmək bizim işimiz deyil. Bəlkə biz istefaya getdik, bilmək olmaz.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31