Ölkə futbolu
Ağadadaş Salyanski: “Məqsədimiz kuboku qazanmaqdır”
“Neftçi”nin hücumçusu Ağadadaş Salyanskinin Futbolxeber.az saytına müsahibəsi
- Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Kəpəz”i 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəldiniz. Görüşlə bağlı nə deyə bilərsiniz?
- İlk matçda səfərdə 2:0 hesablı qələbə qazanmışdıq. Buna görə də üstünlüyümüz var idi. Lakin meydana çıxarkən bu barədə düşünmürdük. Məqsədimiz yalnız və yalnız qələbə idi. Oyun qarlı həva şəraitində keçdi. Lakin buna çox da fikir vermədik. Çətin hava şəraitinə baxmayaraq, bütün gücümüzlə mübarizə apardıq. Bilirdik ki, arxayınlaşmaq olmaz. Yekunda da lazımi nəticəni qazandıq və mərhələ adladıq.
- Hazırda “Neftçi”nin avrokuboklara yollanmaq üçün əsas ümumi kubokadır. Bu məqam çempionat oyunlarına köklənməyə mane olmur?
- Bəli, məqsədimiz kuboku qazanmaqdır. Təəssüf ki, çempionatda liderlər qrupundan aralı düşmüşük. Açıq danışsaq, ilk üçlüyə düşmək hazırda çox çətin görünür. Bununla belə, hər matça qələbə üçün çıxırıq. Fərqi yoxdur, bu, çemppionat oyunudur, yoxsa kubok. Kubokda isə şansımız daha realdır. Yekunda da kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Yarımfinalda “Sabah”la qarşılaşacaqsınız. Şansları necə dəyərləndirirsiniz?
- Hər şey özümüzdən asılıdır. Məqsədimiz kuboku qazanmaqdır və buna görə də finala gedən yolda “Sabah”ı mübarizədən kənarlaşdırmalıyıq.
- Qarşıdakı həftə yenidən “Kəpəz”lə üz-üzə gələcəksiniz. Lakin bu dəfə ölkə çempionatında. Eyni rəqiblə ardıcıl qarşılaşmaq yorucu deyil?
- Təqvim belədir. Bu, bizdən asılı olan məsələ deyil. Bu dəfə “Kəpəz”lə Tovuzda üz-üzə gələcəyik. Məqsədimiz səfərdən 3 xalla qayıtmaqdır.
- Son zamanlar sizi tez-tez “Neftçi”nin ilk 11-liyində görürük. Artıq əsas heyət üzvü kimi meydana çıxmağa öyrəşmisiniz?
- Mən artıq bir neçə ildir əsas heyətdə yer alıram. Lakin bu mövsümdən daha çox oynamaq şansı qazanıram. Bəli, əsas heyətdə yer almağa artıq öyrəşmişəm. Baş məşqçi mənə şans verirsə, etimadı doğrultmaq üçün əlimdən gələni etməliyəm.
- “Neftçi”də əsas heyət üzvünə çevrildiyinizi nəzərə alsaq, millinin qarşıdakı toplanışı üçün dəvət gözləyirsiniz?
- Bu barədə qərarı milli komandanın baş məşqçisi Fernandu Santuş qəbul edəcək. Mən istənilən halda onun qərarına hörmətlə yanaşıram. Həm də hazırda U-21-in üzvüyəm. Əsas milliyə dəvət alsam, buna yalnız sevinərəm. Ancaq dediyim kimi, bu barədə qərarı baş məşqçi qəbul edir.
Tağı Məmmədov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Şeydayevin yeni klubu müəyyənləşdi
-
21:31
“Qarabağ” - “Tvente” oyununun biletləri artıq satışdadır
-
21:08
“Şahdağ-Qusar”dan növbəti qələbə
-
20:44
Güləşçimiz dünya çempionu oldu
-
20:27
“Səbail” “Sakaryaspor”la heç-heçə etdi
-
19:19
“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür”
-
18:55
“Tvente”nin baş məşqçisi: “Bizi “Qarabağ”la iki final gözləyir”
-
18:00
Qaşim Maqomedov Pakistanda bürünc medal qazanıb
-
17:32
Azərbaycan və Türkiyə taekvondoçuları birgə təlim-məşq toplanışında iştirak edirlər
-
16:46
“Fənərbaxça”nı “Koventri”yə dəyişdi
-
16:23
Füzuli Məmmədov: “Hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaqdır”
-
15:51
“Aston Villa” heyətini iki yeni futbolçu ilə gücləndirdi
-
15:18
Cırtdan və Göyçək Fatma Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları seçilib
-
14:34
“Qarabağ” Niderlanda yollandı FOTOLENT
-
13:47
Poqba “Monako”ya lazım olmadı
-
13:00
"Yuventus"dan qapıçı transferi
-
12:25
Boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib
-
12:09
Şahmat Federasiyasının baş katibi Aşqabadda "ustad dərsi" keçib
-
11:52
Qurban Qurbanov: “Bu, insanların bizə olan inamını, futbola olan sevgisini bir az aşağı salır”
-
11:36
“Neftçi”nin yeni transferi VİDEO
-
11:13
“Kəpəz”də növbəti narazılıq: Bu dəfə akademiyanın məşqçiləri ayağa qalxıb
-
10:41
Alman hücumçu sabiq klubuna qayıtdı
-
09:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:24
ÇSKA “Qarabağ”dan 2 milyon avro tələb edir
-
09:00
Çempionlar Liqası: “Sabah” pley-offda ilk oyununa çıxır
-
00:17
Valdas Dambrauskas: “Həmişə autsayder kimi görülmüşük”
-
23:04
Güləşçimiz dünya üçüncüsü oldu
-
22:13
Rodri rəsmən "Barselona"da
-
20:21
"Sumqayıt"dan ayrıldı, Polşa klubuna keçdi
-
19:30
“Kəpəz” I Liqa klubu ilə qarşılaşacaq
-
18:58
"Neftçi"də serbiyalı vinger
-
18:49
Seneqal millisi ona tapşırıldı
-
18:15
3 güləşçimiz dünya çempionatının yarımfinalına yüksəlib
-
17:52
"Sabah"ın rəqibində iki ayrılıq yaşandı
-
17:27
PSV-nin yarımmüdafiəçisi “Borussiya”da
-
17:06
Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar
-
16:33
“Neftçi” - “Araz-Naxçıvan” matçının biletləri satışda
-
16:14
Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimlər açıqlanıb
-
15:51
"Neftçi"də yeni müqavilə
-
15:28
"Səbail"dən növbəti transfer
-
15:00
Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
-
14:49
Atletika Federasiyasında məşqçilik kursları keçiriləcək
-
14:15
İlk turda ən çox azarkeş hansı oyuna gəlib?
-
13:52
“Səbail” Türkiyə klubu ilə qarşılaşacaq
-
13:36
Tupta: “Bizə bir az da vaxt lazımdır”
-
13:07
Avarçəkənlərimiz dünya çempionatında mübarizə aparacaqlar
-
12:43
Azərbaycandan Boliviya klubuna getdi
-
12:20
Yankoviç: “Tvente”yə qalib gələcəyimizə inanmasaydıq, heç səfərə getməzdik”
-
11:54
Boksçumuz Avropa çempionatının yarımfinalında
-
10:31
“Barselona”nı “Ayaks”a dəyişdi
-
09:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
19.08.2026
18.08.2026
























