Ölkə futbolu
Udanda “Sumqayıt” udur, uduzanda isə...
Son turlar Premyer Liqada uğursuz çıxış edən “Sumqayıt” ölkə kubokunda da mübarizəni dayandırdı. Təbii ki, bu nəticəni faciə saymaq olmaz. Hər halda kimsə hazırkı “Sumqayıt”dan kuboku qazanmağı, yaxud final oynamağı gözləmirdi. Baxmayaraq ki, komanda son 7 ildə 2 dəfə ölkə kubokunda finala qədər irəliləyib ki, bu, özlüyündə əla göstəricidir.
Hazırkı məqamda əsas problem odur ki, komandanın qolsuz oyunlar seriyası 10-a çatdı. Ötən il boyundan yuxarı tullanaraq gərgin mübarizə sonunda avrokuboklara yollanan “gənclik şəhəri”nin təmsilçisi cari mövsümün sonunda Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq məcburiyyətindədir. Hər nə qədər komandanın baş məşqçisi Vaqif Cavadov bunu qəbul etməsə də, reallıqdır. “Komandanın vəziyyəti düzələcəksə, getməyə hazıram” deyən Cavadov indiki məqamda fikrini yalnız qarşıdakı 12 tura yönəltməlidir. Xüsusən də 26-cı turda - 10 gün sonra “Kəpəz”ə qarşı keçiriləcək ev oyunu komanda üçün həyati əhəmiyyət kəsb edir.
“Bəs niyə “Sumqayıt” bu vəziyyətə düşdü?” sualı üzərində xeyli dayanmaq olar. N qədər səbəb də gətirmək mümkündür. Qısaca əsas səbəblərdən bir neçəsini sadalayaq ki, bu baxımdan ilk növbədə Samir Abasovun mövsümün ortasında komandadan gedişini qeyd etmək olar. Hər halda razılaşarsınız ki, işlər normal qaydada gedən komandada anidən baş məşqçi dəyişikliyi baş verirsə, bu, istər-istəməz nəticələrdə özünü göstərir. Digər tərəfdən İsa Sulimanın zədələnməsini qeyd edək. Ötən il müdafiənin dirəyi olan ingiltərəlinin yoxluğu bu mövsüm özünü açıq-aşkar göstərir. Həmçinin Kazimir Ninqa və yaxud Cordan Rezabala kimi aparıcı futbolçuların gözlənilməz gedişləri də uğursuzluğun bir başqa səbəbidir. Xüsusən də çadlı forvardın gedişi “Sumqayıt”a mənfi təsir göstərdi. Ninqanın əvəzinə heyətə cəlb olunan forvardların heç biri onun yoxluğunu unutdura bilməyib. “Vuran ayağ”ın olmaması hazırda “Sumqayıt”ın əsas problemidir.
“Sumqayıt” həm də o kollektivlərdəndir ki, uğursuzluq olduqda ilk yada düşən, tənqid hədəfi seçilən klub prezidenti Riad Rəfiyev olur. Sanki 10 oyundur rəqib qapısına yol tapa bilməyən futbolçuların əvəzinə Rəfiyev qol vurmalı idi. Daha əvvəl də yazmışıq, “Sumqayıt”ın son 7 ildə qazandığı nəticələrdə Riad Rəfiyevin imzası var. Məhz onun gəlişindən sonra komanda tarixində ilk dəfə ölkə kubokunda finala yüksəldi (2), komanda tarixində ilk dəfə ölkə çempionatında medalçılar sırasına düşdü və komanda tarixində ilk dəfə olaraq avrokuboklara vəsiqə qazandı (3 dəfə). Bütün bunlar Rəfiyevin uğurlu idarəçi olduğunun təsdiqidir.
Qəribədir ki, ötən yay “Sumqayıt” gərgin mübarizənin sonunda avrokuboklara vəsiqə qazananda, büdcəsi özündən 4-5 dəfə artıq olan klublarla başa-baş mübarizə aparanda, onları qabaqlayanda Riad Rəfiyev yada düşmürdü. Uğur yalnız futbolçuların və baş məşqçinin adına yazılırdı. Bəs necə olur, udanda futbolçular və baş məşqçi udur, uduzanda isə Riad Rəfiyev uduzur?..
Bir də çox uzağa getməyək. Qış fasiləsi ərəfəsində, Vaqif Cavadovun baş məşqçi postuna müvəqqəti təyinatından sonra 5 oyundan 3-də qələbə qazandığı dövrü xatırlayırsınız? Bax o vaxt əksəriyyət Rəfiyevi tənqid edirdi ki, niyə Cavadovun adının qarşısındakı müvəqqəti sözü götürülmür, nə üçün gənc məşqçi ilə uzunmüddətli müqavilə imzalanmır. Hətta Rəfiyevi o vaxt gənc məşqçinin yolunu kəsməkdə ittiham edənlər də vardı. Hə, imzalandı müqavilə...
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
21.09.2026
20.09.2026
























