7 Avqust 2026, Cümə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi

Ölkə futbolu

I Liqada bir oyunun yeri dəyişdirildi

Son günlərdə qar yağışı xüsusən ölkənin şimal-qərb bölgəsində intensiv olub. Bu səbəbdən də Zaqatala Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyü tamamilə qarın altında qalıb və onu təmizləmək də mümkünsüzə çevrilib.

Futbolxeber.az saytının məlumatına görə, bu məqamı nəzərə alan Peşəkar Futbol Liqası “Zaqatala” PFK-nın müraciəti və MOİK-in də razılığı əsasında I Liqanın 16-cı turu çərçivəsində fevralın 28-də keçirilməli olan “Zaqatala” - MOİK oyununun yerini III dövrədə baş tutacaq, 24-cü turun MOİK - “Zaqatala” görüşünün məkanı ilə dəyişmək qərarına gəlib.

Beləliklə, fevralın 28-də MOİK rəqibini Binə qəsəbə stadionunda qəbul edəcək. Oyunun başlama saatı dəyişməz olaraq qalır. Qarşılaşma saat 14:00-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31