Ölkə futbolu
“Qurban Qurbanovdan öyrənmək Klopp və Qvardioladan öyrənməyə bərabər idi”
Bu yaxınlarda Qazaxıstan Futbol Federasiyası rusiyalı Stanislav Çerçesovun əvəzinə Əli Əliyevi milli komandanın baş məşqçisi təyin edib. 2019-cu ildə Qazaxıstanın ən yaxşı məşqçisi seçilən əslən azərbaycanlı mütəxəssis "Kızıl-Jar”ı birinci liqanın qalibi edib, uzun fasilədən sonra elitaya çıxarmağı bacarıb. Qazaxıstan millisinin yeni baş məşqçisini "Qarabağ” və Qurban Qurbanovla da sıx tellər bağlayır. UEFA-nın PRO kateqoriyasına yiyələnməzdən öncə Əli Əliyev "Qarabağ”ın düşərgəsində olub, Qurbanovun yanında təcrübə də keçib.
- Əvvəlcə Qazaxıstan millisinə baş məşqçi təyinatınız münasibətilə sizi təbrik edir və uğurlar arzulayırıq. Qarşınıza qoyulan hədəflər nədir?
- Təşəkkür edirəm, çox sağ olun! Qazaxıstan millisinə baş məsqçi təyin olunmaq mənim üçün böyük şərəfdir. Əsas məqsəd komanda oyunu göstərmək, topla mübarizə apararkən aqressiv olaraq, rəqibin oyununu məhv etmək və konstruktiv hücum göstərməkdir. Birinci növbədə Allaha şükürlər olsun. Mənə olan etibara görə Qazaxıstan Futbol Federasiyasının yeni prezidenti Marat Omarova təşəkkürümü bildirirəm.
- Sizin Azərbaycan əsilli olmağınızla bağlı bir çox fikirlər var. İstərdik bu barədə özünüz danışasınız: Əslən haralısınız?
- 1944-cü ildə əcdadlarımızı Gürcüstandan Qazaxıstana deportasiya ediblər. Əslən türkəm, tərəkəməyəm. Mən də Azərbaycan xalqının bir üzvüyəm.
- Bilirik ki, 2019-cu ildə “Qarabağ”da PRO kateqoriyasına yiyələnmək üçün təcrübə keçmisiniz. Necə oldu ki, məhz bu klubu seçdiniz?
- Qurban Qurbanov amili, yəqin ki, məşqçilik karyeramda “Qarabağ”ı seçməyim üçün ən önəmli məqam oldu. Klubda işlərin təşkilini görəndə və ondan danışanda bu seçimi etməyimə təsir etdi. Bir məşqçi üçün əsas məsələ getdiyi komandanın təşkilati cəhətdən necə qurulmasıdır. Buna görə də “Qarabağ”da təcrübə keçmək qərarına gəldim.
- Nəzərə alsaq ki, Qurban Qurbanovun yanında təcrübə keçmək hər məşqçiyə qismət olmur, öyrəndiyiniz ən böyük təcrübə nə oldu? Yaxud Qurbanovun hansı sözünü məşqçilik karyeranızda prioritet tutursunuz?
- Fürsətdən istifadə edərək ona salam göndərmək istərdim. Təşəkkür edirəm ki, məni nəzakətlə qarşıladı və faydalı məsləhətlər verdi. Bizlərə - gənc məşqçilərə dedi ki, hər biriniz öz fəlsəfənizi və oyun tərzinizi tapmalısınız. Onun yanında öyrənmək və inkişaf etmək bir çox yüksək səviyyəli məşqçilərin, məsələn, Yurgen Klopp və Xosep Qvardiolanın yanında öyrənməyə bərabər idi. Bir şeyi də dərk etdim ki, özün olmaq və öz tərzini inkişaf etdirmək lazımdır. Qurban Qurbanov və onun köməkçisi Elçin Rəhmanov Qazaxıstan millisinə baş məşqçi təyin olunmağım münasibətilə məni ilk təbrik edənlər arasında idi.
- Təcrübədə ikən - 2022-ci il fevralın 24-də Bakıda “Qarabağ”ın Fransanın “Olimpik Marsel” komandasına qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsindəki cavab oyununu izləmişdiniz. Daha sonralar Azərbaycana gəlmək və hansısa oyunu canlı izləmək imkanınız olubmu?
- Bəli, həmin oyunda Tofiq Bəhramov adına stadionu dolu idi və bayram ab-havasi hökm sürürdü. Yenidən belə bir bayrama gəlmək, bir daha Bakıda qonaq olmaq arzum var. Bəlkə də yaxın gələcəkdə mümkündür, amma mütləq Bakıya gələcəyəm.
- Millətlər Liqasında ötənilki nəticələrdən sonra Qazaxıstan C Liqasına, Azərbaycan isə D Liqasına düşdü. Bu eniş milli komandaların statusuna nə dərəcədə mənfi təsir göstərdi?
- Bunu demək mənim üçün çox çətindir. Çünki ətraflı şərh etmək üçün komandanın bir hissəsi olmalısan. Amma Azərbaycan millisi üçün bu, problemləri anlamaq və onları daha sürətli həll etmək baxımından bir siqnal olacaq. Əminliklə deyə bilərəm ki, bu, belədir. Ona görə də Azərbaycan millisinə dünya çempionatının seçmə mərhələsindəki oyunlarında uğurlar və qələbələr arzulayıram.
- Azərbaycan milli komandası ilə yoldaşlıq görüşləri keçirməyi düşünürsünüzmü?
- Azərbaycan millisi çox ciddi rəqibdir. Onlarla oynamaq həmişə xoş və məsuliyətli olur. Ona görə də istənilən səviyyədə görüşlər hər iki komanda üçün maraqlı və faydalı olacaq. Yəni, gələcəkdə yoldaşlıq görüşləri keçirilə bilər.
Mənbə: teleqraf.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- VII turun hakim təyinatları
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Səbail” qələbəni əldən verdi
- Fətiyev bürünc medal qazandı
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
07.11.2026
06.11.2026
05.11.2026
























