7 Noyabr 2026, Şənbə
U-21 millimizin heyəti açıqlandı
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

Toral Bayramov: “Neftçi” son vaxtlar yaxşı formadadır”

“Ağır oyun olacağını əvvəldən bilirdik. Matçın gedişində 10 nəfərlə qaldıq. Buna baxmayaraq, sona qədər döyüşdük, vuruşduq. Uşaqların hamısına təşəkkür edirəm. Şükürlər olsun ki, qalib gəldik. Çox sevinirik”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın üzvü Toral Bayramov Azərbaycan Premyer Liqasının XXIII turunda “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

O, rəqibin matça fəal başlamasına belə münasibət bildirib: “Neftçi” həmişə ev oyunlarına aqressiv, aktiv başlayır. Belə olacağını gözləyirdik. “Neftçi” son vaxtlar yaxşı formadadır”.

T.Bayramov matçın gedişində heç-heçə ilə razılaşmadıqlarını vurğulayıb: “Sırf müdafiədə oturmamışdıq. Orta zonada qarşılayırdıq rəqibi. Bu, baş məşqçinin tapşırığı idi. Fürsətlərdən yararlanmağa çalışırdıq. Az epizodlarımız olmadı. Sadəcə sonluğu gətirə bilmirdik. Yekunda isə istəyimizə çatdıq və qalib gəldik”. 

“Qarabağ”ın müdafiəçisi növbəti turda “Sabah”a qarşı keçirəcəkləri matçdan da söz açıb: “Bizi növbəti çətin oyun gözləyir. Ciddi hazırlaşacağıq. Həmin matçda da meydana qələbə qazanmaq üçün çıxacağıq. Amma bu, heç də asan olmayacaq. Sona qədər mübarizə aparacağıq”.

İbrahim Cəfərov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30