10 May 2026, Bazar günü
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı
Sxadadze: “Vacib 1 xal qazandıq”
Qurbanov: “Nəticə oyuna görə idi”

Ölkə futbolu

Cavid Hüseynov: “Futbol ictimaiyyətinin rəğbətini qazanmışıq”

“Oyunun mahiyyətini dərk edirdik. Çox istəyərdik ki, qələbə qazanaq. Vaxt azlığına görə bütün detalların üzərində işləyə bilməmişdik. Futbolçuların göstərdikləri oyun intizamına və xarakterə görə çox sevinirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasının XXIII turunda “Sabah”la qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

O, nəticəni belə şərh edib: “Qələbə qazana bilərdik. Amma 1 xalla kifayətləndik. Yolumuza davam edirik. Bizi qarşıda daha da çətin oyunlar gözləyir. Çalışacağıq ki, qələbələr əldə edək”.

“Bundan sonra "Səbail"in daha yaxşı oyunlarını görə biləcəyik?” sualını C.Hüseynov belə cavablandırıb: “İnşallah. Sevindirici hal odur ki, futbol ictimaiyyətinin rəğbətini qazanmışıq. Bu da onu göstərir ki, zamana ehtiyacımız var idi. Yavaş-yavaş səhvləri aradan qaldırırıq. Oyundan-oyuna inkişaf etməyə çalışırıq. Hər məşqçinin öz taktiki oyun planı var. Futbolçular mənim verdiyim tapşırıqları yerinə yetirmək üçün əllərindən gələni edirlər. Onlardan razıyam”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31