Ölkə futbolu
“Mingəçevir”: nə yatdı ki, nə də yuxu görə...
Son zamanlar I Liqada haqqında ən çox danışılan klublardan biri də “Mingəçevir”dir. Qış fasiləsində ASTA ilə sponsorluq müqaviləsi imzalayan bölgə təmsilçisi baş məşqçi postuna da Füzuli Məmmədovu gətirdi. Premyer Liqa təcrübəsi olan 47 yaşlı mütəxəssisin təyinatı müsbət qarşılandı. Təsadüfi deyil ki, hələ sponsorluq müqaviləsi imzalanarkən ASTA-nın prezidenti Rafael Bunyatov baş məşqçi seçiminə də aydınlıq gətirmişdi.
Jurnalistlərə açıqlamasında Bunyatov fikirlərinin Füzuli Məmmədovla üst-üstə düşdüyünü vurğulamışdı: “Siyahımızda bir neçə məşqçi var idi. Onlarla görüşüb danışdıq. Füzuli Məmmədovun PRO kateqoriyası və çox peşəkar olduğu üçün seçimi onun xeyrinə etdik. Füzuli müəllimə böyük ümidlərim var. Onun yanaşması, tələbləri, davranışı bizi qane edir. Onunla fikirlərimiz üst-üstə düşür. Bu komandada hamı ailə kimi olmalıdır. Başqa cür mümkün deyil. Ailə ola bilməsək, işimiz alınmaz. Füzuli müəllim də bizimlə eyni fikirdədir”.
Göründüyü kimi, klub rəhbərliyinin Füzuli Məmmədova ümidi böyük olsa da, son günlər istər baş məşqçiyə, istərsə də “Mingəçevir”ə qarşı tənqidi fikirlər səslənir.
I Liqada ikinci dövrənin startından cəmi 3 tur keçib. Ancaq elə təəssürat yaranır ki, sanki mövsüm bitib və komanda uğursuzluğa düçar olaraq aşağı liqaya yuvarlanıb. Halbuki az əvvəl vurğuladığımız kimi, mövsümün ikinci yarısının startından cəmi 3 tur keçib. Düzdür, bu müddətdə “Mingəçevir” qələbə qazana bilməsə də, qazanılan iki xalı da qənimət saymaq olar. Nəzərə almaq lazımdır ki, indiki məqamda liqada qalmaq uğrunda mübarizə aparan kollektiv üçün hər xal qızıla bərabərdir. Son 2 turda “Cəbrayıl” və “Qaradağ-Lökbatan”la heç-heçə edən “Mingəçevir” Füzuli Məmmədovun gəlişindən sonra yalnız səfərdə “Zaqatala”ya uduzub. Həmin matçın gedişində də, hesab 1:1 olarkən Elnur Mirzəyevin qırmızı vərəqə almasından sonra meydanda 10 nəfər qalan “Mingəçevir” 88-ci dəqiqədə qapısında qol görməklə yekunda 1:2 hesabı ilə uduzub. Uzun sözün qısası, komandanın son 3 turdakı nəticələri heç də bəzilərinin təqdim etdiyi kimi, faciəvi deyil.
Üstəlik, qış fasiləsində digər klublardan fərqli olaraq “Mingəçevir”in heyəti təcrübəli futbolçularla güclənməyib. Halbuki ASTA ilə sponsorluq müqaviləsi imzalanandan sonra əksəriyyət heyətə təcrübəli futbolçuların cəlb olunacağını gözləyirdi.Qış fasiləsində komandaya 5 futbolçu - Xəyal Xudaverdiyev (“Qəbələ”), Muxtar Nəzərli (“İmişli”), İlkin Əliyev (“Şəmkir), Fanen Akyam (“Qaradağ-Lökbatan”), Gülağa Əsədov (“Səbail”) - qoşuldu ki, onlardan yalnız sonuncunun nisbətən Premyer Liqa təcrübəsi var. Yəni sponsor var deyə heyətə xeyli görüntü xatirinə sayda futbolçu cəlb olunmayıb.
Üstəlik, mövsümün ikinci yarısından etibarən komanda ev oyunlarını doğma Mingəçevirdə deyil, Zaqatalada keçirir ki, bu da Yaşar Məmmədzadə adına stadionda aparılan təmir işləri ilə əlaqədardır. Doğma məkandan ayrı düşmək və heyətin kasadlığı “Mingəçevir”in işini çətinləşdirsə də, hələ heç nə bitməyib. Mövsümün sonuna çox var və qarşıdakı 13 tur ərzində Füzuli Məmmədovun komandası vəziyyəti öz xeyrinə dəyişə bilər.
Ən əsası isə “Mingəçevir” rəhbərliyi təkcə bu günü düşünmür. Klubun əsas planları gələcəklə bağlıdır. Elə Füzuli Məmmədovla imzalanan 2.5 + 1 illik müqavilə də bunu göstərir...
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
07.11.2026
06.11.2026
























