8 Avqust 2026, Şənbə
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Ryonosuke Ohori: “Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik”

“Stadionda əla atmosfer var idi. Azarkeşlərimiz bizə çox gözəl dəstək oldular. Təəssüf ki, onları qələbə ilə sevindirə bilmədik. Uduzduğumuz üçün çox məyusam”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Ryonosuke Ohori Azərbaycan Premyer Liqasının 23-cü turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Yapon yarımmüdafiəçi öz çıxışından razı qalmadığını bildirib: “Baş məşqçi məni meydana oyunu dəyişmək üçün buraxdı. Vəzifəm o idi ki, mərkəzdə top saxlamalı və hücumların qurulmasında vasitəçi olmalıydım. Oyunumdan çox da razı qalmadım. Düşünürəm ki, verilən tapşırıqları daha yaxşı şəkildə yerinə yetirmək olardı”.

24 yaşlı futbolçu qeyd edib ki, artıq növbəti matçları düşünməlidirlər: “Qarabağ”a uduzduğumuz üçün məyusuq. Bu matçda azarkeşlərimizi sevindirməliydik. Amma alınmadı. Artıq qarşıdakı oyunları düşünməliyik. İnanıram ki, növbəti görüşlərdə daha yaxşı oynayacağıq. Həm çempionatda, həm də kubokda sona qədər mübarizə aparacağıq”.

İbrahim Cəfərov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31