Ölkə futbolu
Feysbukda yox, stadionda söz demək zamanı
“Neftçi” yenə uduzdu”, “Əşi, dedim də Samir Abasovun qayıdışının xeyri yoxdur”, “Bir düz-əməlli hücumçu tapa bilmirlər”, “Bu nə oyundu” və s. Bu tip şərhlərə “Neftçi”nin hər uğursuz oyunundan sonra klubun feysbuk səhifəsindəki paylaşımların altında rast gəlirik. Son zamanlar “Neftçi”də ən çox əziyyət çəkənlər bəlkə də klubun SMM işlərinə məsul şəxslərdir...
Azarkeşi başa düşmək olur. Fanatdır və sevimli klubunun məğlubiyyətini qəbul edə bilmir. Amma vəziyyət yaxşıya doğru dəyişirsə, yanaşma da dəyişməlidir. Uduzanda tənqid etdiyin futbolçunu, udanda alqışlamalı, arxasında durmalısan. Eynən indi olduğu kimi.
Hazırda “Neftçi” azarkeşi sevimli klubuna dəstək verməlidir. 3 qələbə ciddi faktor olmaya bilər, amma ən azından irəlidə işıq görünür. “Neftçi” o işığa doğru tək yox, azarkeşləri ilə birgə addımlamalıdır.
Fevralın 16-da “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edəcək. “Kəpəz”in zəifləməsindən, “Xəzər Lənkəran”ın dağılmasından sonra Ağdam klubu flaqmanın ən ciddi və əzəli rəqibidir. Turnir cədvəlində komandaların neçənci yerdə qərarlaşmasından asılı olmayaraq “Neftçi” - “Qarabağ” qarşıdurması prinsipialdır. Prinsipial rəqib üzərində də qələbədən gözəl nə ola bilər? Odur ki, bazar günü “Neftçi” dəstəksiz qalmamalıdır.
Hazırda komandalar arasında xal fərqinin çox olması, “Neftçi”nin çempionluq uğrunda mübarizə aparmaması və s. Bütün bunları boş verin. İndi feysbukda yox, stadionda söz demək zamanıdır.
Hörmətli azarkeş, fevralın 16-da “Neftçi”nin sənin dəstəyinə ehtiyacı var. Komanda ardıcıl 3 oyunda qələbə qazanıbsa, sən də bunun qarşılığını stadiondan dəstəyinlə ver. Hər şey bir qırağa, təkcə elə Zirədəki son dramatik qələbəyə görə bazar günü “Neftçi”ni tək qoymamağa dəyər. Demirsiniz “Neftçi” azarkeşi heç kimə bənzəmir? Bazar günü bunu bir daha əzəli rəqibə də, onun azarkeşinə də göstərmək şansıdır. “Bu şəhər bizimdir, “Neftçi”lilərin” - bunu təkcə dildə yox, əməldə də göstərmək zamanıdır.
“Neftçi Arena”nın tutumu nə qədərdir? Qoy olsun 11 min. Yəni “bu şəhərdə stadionu dolduracaq 11 min “Neftçi” azarkeşi yoxdur?” sualını kimə ünvanlasaq, “niyə yoxdur, nəinki 11 min, lap 111 min də var” cavabını eşidəcəyik. Odur ki, göstərin bunu. “Neftçi”nin fevralın 16-da sizin dəstəyinizə ehtiyacı var.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
07.11.2026
06.11.2026
























