29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Ölkə futbolu

Qvineyalı hücumçu "Sumqayıt"da

"Sumqayıt" qış transfer pəncərəsi üçün ilk keçidini açıqlayıb.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “kimyaçılar” qvineyalı hücumçu Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.

27 yaşlı futbolçu Gürcüstanın "Torpedo" (Kutaisi) klubundan transfer olunub. O, “Sumqayıt” da 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Momo Yansane karyerası boyunca "Torpedo" ilə yanaşı, "Nijni Novqorod" (Rusiya), "Şerif" (Moldova), "Riyeka" (Xorvatiya) kimi klublarda çıxış edib. O, Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb. Yansane karyerası ərzində 170 oyuna çıxaraq 53 qol vurub və 21 qolun ötürməsini edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31