Ölkə futbolu
Rəşad Sadıqov: “6-7 komanda ilk üç yer uğrunda mübarizə aparacaq”
“Futbolçuların çıxışından razı qaldım. Maraqlı və baxımlı futbol alındı. Hər iki komandanın futbolçuları çox istəkli idi. Yaxşı yükləmə oldu. Çempionatda ilk oyunumuz “Araz-Naxçıvan”a qarşıdır. Çalışacağıq ki, həmin günə qədər komandamız tam yaxşı formada olsun. Amma komandamız tam formaya düşmək üçün 3-4 rəsmi oyuna ehtiyacımız var".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a qarşı keçirilən yoxlama oyunundan (2:4) sonra deyib.
Maraqlıdır ki, yoxlama oyununda həm “Qarabağ”, həm də “Zirə” 8 legioner, 3 yerli futbolçu ilə oynayırdı. Görəsən, bu, sırf təsadüf idi? “Çempionat öncəsi tam heyətimiz formalaşmayıb. Zədəlilər, daha çox oynamağa ehtiyacı olan oyunçular var. Ona görə də limitə o qədər də önəm vermirdik. Amma çempionat oyununa yaxın əsas heyəti qərarlaşdıracağıq. Bizim üçün sonradan meydana daxil olacaq futbolçular da çox önəmlidir. Çalışacağıq ki, həmin günü həm ideal əsas heyəti, həm də sonradan matça daxil olacaq futbolçular ən yaxşı oyunlarını göstərsinlər”.
Sadıqov mövsümün ikinci hissəsindən gözləntilərini də açıqlayıb: “Təbii olaraq istəyirik ki, avrokuboklara düşək. Bu mövsüm çempionat daha rəqabətlidir. 6-7 komanda ilk üç yer uğrunda mübarizə aparacaq. “Qarabağ” çempionluğa əsas favoritdir. Bizi gərgin və maraqlı yarış gözləyir”.
O, AFFA-nın legioner limitini ləğv edəcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirmək istəməyib: “Rəsmi qərar və fikir yoxdur ki, onu şərh edim. Mənim işim məşqçilikdir. Limiti də təhlil etməmişəm ki, 7 olsa, 8 olsa, Azərbaycan futbolu üçün necə olar. Ona görə də dolğun cavab verə bilmirəm. Məni məşqçi olaraq daha çox özümə aid olan işlər maraqlandırır. Nə qərar olsa, biz də ona uyğunlaşacağıq”.
“Zirə”nin baş məşqçisi qış fasiləsinin müddətindən narazılıq edib: “Hazırlıq prosesinin müddəti məni qane etmədi. Mən ya ayyarımlıq, ya da iki həftəlik fasilənin tərəfdarıyam. Çünki bir ay fasilə olan tam ortada qalırsan. Nə futbolçulara düz-əməlli istirahət verə bilirsən, nə də hazırlaşa bilirsən. Amma şərtlər hamı üçün eynidir. Ona görə də bu, bəhanə ola bilməz. Vəziyyətdən maksimum uğurlu çıxmaq istəyirik”.
“Sizcə, avrokuboklara yollanmaq üçün minimum neçə xala ehtiyac olacaq?” sualını R.Sadıqov belə cavablandırıb: “Adətən baxırdın ki, 60 xal “üçlüy”ü göstərirdi. Ötən mövsüm rəqabət yüksək oldu. 58 xal da ikinciliyə kifayət etdi. Bu mövsüm bir az fərqlidir. “Araz-Naxçıvan”, “Turan Tovuz” çox xal toplayıb. Keçmiş illərdə ilk dövrədən sonra 28-30 xal yaxşı göstərici sayılırdı. Ötən mövsüm mövsümün ilk hissəsində 29 xal yığdıq və bu, sonda ikinci yeri tutmağa kifayət etdi. Bu mövsüm 30 xal yığmışıq və üçlüyə düşə bilməmişik. Bu mövsümün kriteriyası fərqlidir. Ona görə əvvəlcədən proqnoz vermək olmur”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























