Ölkə futbolu
Qara Qarayev: “Futbolçu olanda limitin ləğvinə qarşı çıxanlar indi necə əks fikir səsləndirirlər?”
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayevin Futbolxeber.az saytına müsahibəsi
- Bir neçə gündür mövsümün ikinci hissəsinin hazırlıqlarına başlamısınız. Məşqlər necə keçir, komandadakı vəziyyət yaxşıdır?
- Məşqlərimiz yaxşı keçir. Artıq bir yoxlama oyununda da qüvvəmizi sınamışıq. Amma formaya düşmək üçün bir qədər vaxt lazımdır. Hazırlaşırıq və əlimizdən gələni edirik ki, daha yaxşısını ortayaq. Bu gün “Səbail”lə daha bir yoxlama oyunu keçirəcəyik.
- “Sumqayıt”la ilin ilk oyununda iki dəfə hesabda öndə olsanız da, yekunda qələbəni əldən verdiniz...
- Maraqlı oyun oldu. Müəyyən səhvlərimiz var idi. Zamanla onları aradan qaldıracağıq. Matçda məqsəd hansısa taktiki gediş yox, fiziki yükləməni almaq idi. Onu da aldıq. “Səbail”lə matçdan sonra isə artıq sırf çempionat oyunlarını düşünəcəyik.
- Ümumiyyətlə, yoxlama oyunlarında nəticə nə dərəcədə vacibdir?
- Əslində, nəticə vacibdir. İdmançı üçün həm rəsmi, həm də yoxlama oyunlarında qalibiyyət önəmlidir. Meydana çıxırsansa, mütləq qalib gəlməyə çalışırsan. Fərqi yoxdur, rəsmi matçdır, ya yoxlama görüşü.
- Mövsümün ikinci yarısında “Araz-Naxçıvan”dan nə gözləmək olar?
- Mövsümün ikinci hissəsi bizim üçün təhlükəli, həm də çətin keçəcək. Təhlükəli o baxımından ki, turnir cədvəlindəki yerimiz arxayınçılıq yarada bilər. İlk iki dövrəkindən artığını etməsək, çətinliklə üzləşə bilərik. Həm də unutmaq olmaz ki, rəqiblərimizin bizə qarşı münasibəti, hazırlığı artıq tam fərqlidir. Biz bunu anlamalıyıq. Odur ki, son iki dövrə maraqlı və çox gərgin keçəcək.
- Ümumiyyətlə, mövsümün sonunda “Araz-Naxçıvan”ı hansı yerdə görürsünüz?
- Dediyim kimi, ilk iki dövrədə etdiklərimizdən daha artığını etməliyik. Yalnız bu zaman yaxşı nəticələr əldə etmək mümkün olacaq. Əks halda işimiz heç də asan olmayacaq. Daha çox çalışmalıyıq, daha yaxşı hazırlaşmalıyıq.
- Son günlər Azərbaycan futbolunda əsas müzakirə mövzusu legioner limitinin ləğvidir. Təcrübəli futbolçu kimi bu məsələdə sizin də fikirləriniz maraqlıdır. Həqiqətənmi limitin ləğvi Azərbaycan futboluna faydalı olacaq?
- Bu qərar nə üçündür? Legioner uşaqları gətirib Azərbaycanda yetişdirmək, yoxsa yerli uşaqları yetişdirmək üçün? Başa düşürəm, Türkiyədə, yaxud “Real”da, “Yuventus”da, “Benfika”da futbolçuları olan ölkələrdə bu cür qərar vermək uyğun olar. Mənim futbolçu kimi uzun ömrüm qalmayıb. Amma belə görürəm futbolçu olanda legioner limitinə görə deyinənlər indi efirlərdə limitin ləğvinin xeyrimizə olduğunu söyləyirlər. Mən bunu anlaya bilmirəm. Futbolçu olanda limitin ləğvinə qarşı çıxanlar indi necə əks fikir səsləndirirlər? Yekun qərarı AFFA verəcək təbii ki. Yəqin onların da tutarlı səbəbləri var.
- Sizcə, rəqabət artacaq?
- Başa düşə bilmirəm ki, bu qərar milli komanda üçündür, yoxsa çempionat? İlk növbədə bunu dəqiqləşdirmək lazımdır. Bu qərar nəyə xidmət edir? Milli komanda deyiriksə, bu qərarda yığmanın xeyri yoxdur. Azərbaycanlı futbolçuların yetişməsini deyiriksə, bu qərarda o da yoxdur. Başqa nə varsa, mən bilmirəm. Futbolçu təcrübəm deyir ki, limitin ləğvi Azərbaycan futbolunu heç də yaxşı yerə aparmayacaq. Əgər limitin ləğvi ilə futbolumuz inkişaf edəcəksə, tamam, limit aradan qaldırılsın. Təki Azərbaycanın adı tanınsın. Amma unutmayaq ki, ölkəmizə gələn legionerlərin heç də hamısı yüksək səviyyəli olmur. Elələri olub ki, gəlib nələrisə burda bizdən öyrəniblər. Yaxşıları mütləq lazımdır.
Fərəc Aslanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- "Sumqayıt"dan növbəti transfer
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:47
"Zirə" penaltilər seriyasında sevindi VİDEO
-
23:28
Rəşad Sadıqov: “Bu çətin dövrü uğurla geridə qoyacağıq”
-
22:59
"Araz=Naxçıvan"dan darmadağın VİDEO
-
22:31
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
-
22:00
Yeton Bekiri qələbəni şərh etdi
-
21:14
"Sumqayıt"dan 11 qollu qələbə VİDEO
-
20:48
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
-
19:52
Bakıda cüdo üzrə şəhər birinciliyi keçirilib
-
19:25
Azərbaycan Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
-
18:16
"Araz-Naxçıvan"dan uğurlu start
-
17:43
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
-
17:07
Bakıda Braziliya ciu-citsusu üzrə açıq turnir keçirilib
-
16:39
“Sumqayıt” “Mehdi Hüseynzadə”yə nə vaxt qayıdır?
-
16:18
"Çempionlarla bir ay" layihəsi çərçivəsində gənc şahmatçılar üçün "ustad dərsləri" keçirilib
-
16:00
"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina millisinə çağırıldı
-
15:51
Azərbaycan ilin ən yaxşı minifutbolçusu müəyyənləşdi
-
15:44
Azərbaycan çempionatının püşkü atıldı
-
15:32
Minifutbol üzrə ölkə çempionatın 12 komanda yarışacaq
-
15:25
Orxan Məmmədov: "Çempionat güclü olmasa, milli stabil çıxış edə bilməz"
-
14:56
Azərbaycan Super Liqası: II turun oyunlarının vaxtı açıqlanıb
-
14:13
Sabiq “Qarabağ”lı: “Sevilya” ilə hər şey razılaşdırılmışdı”
-
13:39
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub
-
13:01
DÇ: İki qadın güləşçimiz məğlub olub, İslam Abbasov medal şansını itirib
-
12:44
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:27
Millimiz son oyununda qalib gəldi
-
11:58
"Gəncə"nin yeni baş məşqçisi açıqlandı
-
11:32
“Qarabağ” - “Dinamo” oyununun biletləri satışda
-
11:15
DÇ: U-15 millimizin növbəti rəqibi dəqiqləşib
-
10:46
"Beşiktaş"ın qələbəsi VİDEO
-
10:23
Beş cüdoçumuz Asiya Kubokunda iştirak edəcək
-
10:09
"Trabzonspor"dan əzmkar qələbə VİDEO
-
09:51
Anje Mutsinzi: “Sumqayıt”ı məğlub etmək heç də asan deyil”
-
09:34
Murad oynadı, komandası xal itirdi
-
09:17
Derbini "Qalatasaray" qazandı VİDEO
-
09:00
"Qızıl top"un sahibi açıqlanıb
-
20:32
Fərid Ələkbərov: "ÇL-də oynamaq hər idmançıya qismət olmur"
-
19:18
Millimiz qrupda üçüncü oldu
-
18:23
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
-
18:04
Samuel Eto`O Azərbaycana gəlib
-
17:56
“Kayrat”ın baş məşqçisi istefa verdi
-
17:31
11 cüdoçumuz Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə"də iştirak edəcək
-
17:17
Dünya çempionatı: Nihat Məmmədli finalda, Həsrət Cəfərov uduzdu
-
16:48
“Sumqayıt”ın sabiq baş məşqçisi istefaya göndərildi
-
16:25
Karateçilərimiz Belçikada keçirilən Avropa çempionatında üç medal qazanıblar
-
16:00
Proqnoza fransız - YAZI
-
15:32
Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub
-
15:13
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
-
14:44
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
-
14:26
Boksçularımız U-19 dünya çempionatını iki medalla başa vurublar
-
14:07
"Araz-Naxçıvan" - "Uypest": Təyinatlar müəyyənləşdi
27.10.2026
26.10.2026
























