Ölkə futbolu
Elmar Baxşıyev: “Araz-Naxçıvan”ın haradasa dayanacağını düşününlər var”
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin Futbolxeber.az saytına müsahibəsi
“...MÖVSÜMÜN İKİNCİ HİSSƏSİNDƏ DAHA YAXŞI ÇIXIŞ EDƏCƏYİK”
- Artıq istirahət başa çatdı, məşqləri bərpa etdiniz. Fasilə müddətində dincələ, son 5 ayın stressini üzərinizdən ata bildiniz?
- Açığı, istirahət vaxtı özümüz barədə çox düşünmədik. Əsas odur ki, futbolçular bir qədər dincələ bilsinlər. Qısa müddətlik də olsa, futboldan uzaq qalsınlar. Ümid edirəm ki, bu fasilə müddəti oyunçulara müsbət təsir göstərəcək və mövsümün ikinci hissəsində daha yaxşı çıxış edəcəyik.
- Komandanı ilk məşqə çıxardınız. Futbolçularda ənənəvi artıq çəki problemi yoxdur?
- Xeyr, yaxşı vəziyyətdə gəliblər. Ümumi durum normaldır. Həm də fasilə çox deyildi. Üstəlik, hər birinə fasilə müddəti üçün xüsusi proqram vermişdik.
- Premyer Liqa klublarından məşqlərə ən gec başlayan iki komandadan biri “Araz-Naxçıvan” oldu. Niyə yanvarın 2-də, 3-də deyil, məhz 5-də hazırlığa start verdiniz? Üçüncü dövrənin yanvarın 17-də start götürəcəyini nəzərə alsaq, gec deyil?
- 2024-cü ildə çempionatda ən sonuncu oyun bizimki idi. Bu məqamı nəzərə aldıq. Üstəlik, legionerlərimizin çoxu Cənubi Amerikadandır. Onların da öz ölkələrinə gedib çıxmaları təxminən iki gün çəkir. Eləcə də geri qayıtmaları. Yəni onlar təxminən 4 gün yolda itirirlər. Bütün bu məqamları hesabladıq. Hər bir məsələni düşünmək məcburiyyətindəyik. Ona görə də hazırlığa gec başladığımızı düşünmürəm.
- Legionerlərdən söz düşmüşkən, bugünkü (söhbət dünən olub - İ.C.) məşqdə onlar gözə dəymədilər...
- Legionerlər komandaya sabahdan (bugündən - İ.C.) qoşulacaqlar. Yanvarın 6-dan tam heyətlə hazırlıq keçəcəyik. Ayın 7-dən isə təlim-məşq toplanışına yığışacağıq. Hazırlıq müddətində iki yoxlama oyunumuz da nəzərdə tutulub.
“KOMANDA “SABAH” VƏ “QARABAĞ”LA MATÇLARDA MEYDANDA VARLIĞINI HİSS ETDİRDİ”
- Yəqin ki, fasilə müddətində geridə qalan 18 turu ətraflı analiz etmisiniz. Maraqlıdır, son 2 turdakı məğlubiyyətləri nə ilə əlaqələndirmək olar?
- Ümumi dəyərləndirsək, son 2 oyun keyfiyyət baxımından üstün idik. Komanda “Sabah” və “Qarabağ”la matçlarda meydanda varlığını hiss etdirdi. Bəli, həmin iki matç nəticə baxımından bizim üçün yaxşı olmasa da, oyun planında hər şey qaydasında idi.
- Mövsümün ikinci hissəsindən gözləntiləriniz nədir?
- Ağır olacaq. Bunu biz də bilirik, futbolçular da. İndi əvvəlki iki dövrədə etdiyimizdən daha artığını etmək məcburiyyətindəyik ki, iddiamızı ortaya qoya bilək.
- “Araz-Naxçıvan” ötən mövsüm də mövsümün ilk hissəsini yaxşı keçirdi. Düzdür, komanda indiki kimi ikinci pillədə deyildi, amma istənilən halda adından söz etdirməyi bacarırdı. Lakin qış fasiləsindən sonra bunun ardını gətirə bilmədi. Bəziləri cari mövsümdə də eyni ssenarinin təkrarlanacağını proqnozlaşdırırlar. Bu kimi fikirlərə münasibətiniz necədir?
- Futbol statistika üzərində qurulmayıb. Hər günün öz hökmü var. Düşünmürəm ki, illər öncə nə olubsa, bu mövsümdə də təkrarlanmalıdır. Belə bir şey yoxdur. Komanda olaraq yaxşıyıq. Futbolçuların xarakteri var. Ona görə də rahat şəkildə təslim olacaqlarını düşünmürəm.
- Mövsümün ikinci hissəsində yaxşı çıxış etmək üçün həm də yeni oyunçulara ehtiyac var. Transfer məsələləri ilə bağlı işləriniz necə gedir?
- Düşünmürəm ki, elə də çox sayda oyunçuya ehtiyacımız var. Bəzən çoxluq da sıxıntı yaşadır. Bir futbolçu ilə güclənməyi düşünürük. Hazırda danışıqlar gedir. Müsbət olacaqsa, həmin oyunçu ilə müqavilə imzalayacağıq.
- Yəqin ki, söhbət Səudiyyə Ərəbistanının “Al-Adalah” klubunda çıxış edən braziliyalı Alan Lima Kariusdan gedir...
- İndiki məqamda danışıqlar prosesinin getdiyini nəzərə alsaq, ad çəkmək istəməzdim. Yalnız onu deyim ki, ortaq məxrəcə gələ bilsək, qarşıdakı günlərdə müqavilə imzalanacaq. Lakin hələlik tam razılıq əldə olunmayıb.
- Bu keçid baş tutarsa, transfer çalışmalarını yekunlaşdıracaqsınız?
- Bəli. Əsas hücum planında oyunçuya ehtiyacımız var. Çünki mövsüm uzundur. Hansısa futbolçu zədələnəndə, yaxud cəzalı duruma düşəndə sıxıntı yaşaya bilərik.
“BURA KİMİ ÖZ GÜCÜMÜZLƏ GƏLMİŞİK”
- Elmar Baxşıyev mövsümün sonunda “Araz-Naxçıvan”ı harada görür?
- Mövsümün əvvəlində bizə inanan az idi. İdman cameəsində “Araz-Naxçıvan”ın haradasa dayanacağını düşününlər var. Bura kimi öz gücümüzlə gəlmişik. Futbolçularıma inanıram. Əminəm ki, komandam mövsümün ikinci hissəsində də öz iddiasından, xarakterindən əl çəkməyəcək.
- Ötən mövsüm “Zirə” 58 xalla gümüş medal qazandı. Sizin isə cari mövsümdə artıq 39 xalınız var. Sizcə, “Araz-Naxçıvan” avrokuboklar yolunda daha neçə xal toplamalıdır? Ümumiyyətlə, bu tip hesablamalar aparırsınız?
- Xeyr, xalları düşünmürük. Ən önəmlisi 5-6 oyun sonrası yox, qarşıdakı matçdır. Yalnız qarşıdakı görüşü düşünmək məcburiyyətindəyik.
- Həm də kubokda yolunuza davam edirsiniz. Mövsümün həlledici mərhələsində hansısa turniri digərinə qurban verməyiniz mümkündür?
- Bir məqamı xatırlayıram. İki il öncə kubokda 1/8 finalda “Qarabağ”la düşəndə hamı dedi ki, kubokdan əlimizi üzüb, çempionata köklənməliyik. Bu halda UEFA Konfrans Liqasına daha yaxın olarıq. Lakin mən belə düşünmürəm. Həmin vaxt elə alındı ki, “Qarabağ”ı mübarizədən kənarlaşdırdıq və yekunda da kuboku qazandıq. Eləcə də çempionatda dördüncü olmaqla hər iki cəbhədə istəyimizə çatdıq. Yəni futbolda gözləmədiyin hallar olur. Hər iki turnir bizim üçün vacibdir və hər iki cəbhədə də maksimum gücümüzü ortaya qoyacağıq.
“LİMİT LƏĞV OLUNSA, AZƏRBAYCAN MİLLİSİ DAHA ÇOX SIXINTI YAŞAYACAQ”
- Son günlər əsas müzakirə mövzularından biri də legioner limitidir. Sizcə, Premyer Liqamızda limit ləğv olunsa, bunun hansı müsbət, hansı mənfi tərəfləri olacaq?
- Bu qərar futbolumuza təsir edəcək. Xüsusən də milliyə. Düzdür, klub səviyyəsində yüksələ bilərik. Amma millini də düşünmək məcburiyyətindəyik. Qərar qəbul olunarkən hər şeyi nəzərə almaq lazımdır. Yerli futbolçu oynamalıdır ki, üzdə olsun, iddiasını ortaya qoysun və milliyə dəvət alsın. Düşünürəm ki, limit ləğv olunsa, Azərbaycan millisi daha çox sıxıntı yaşayacaq.
- Amma bu, klublar üçün müsbət olacaq...
- Verilən qərar klubların iddiasını ortaya qoymaqdır. Lakin unutmayaq ki, Azərbaycan futbolu tək klublardan ibarət deyil. Millini də düşünmək önəmlidir.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- DÇ-2026: Fransa yarımfinalda
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- “Neftçi”nin rəqibləri müəyyənləşdi
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- Əlçatmaz baş katib
-
19:16
Azərbaycan dünya çempionatında ilk medalını qazandı
-
18:00
"Qəbələ"də portuqaliyalı vinger
-
17:22
"Mançester Siti" onunla müqaviləni yenilədi
-
16:59
Mançini yenidən İtaliya millisində
-
15:41
“Araz-Naxçıvan”ın Qəbələdə oynayacağı rəsmiləşdi
-
15:05
Basketbol millimiz Portuqaliyaya qalib gəlib
-
14:33
“Qarabağ” yeni tərəfdaşlıq müqaviləsi imzaladı FOTOLENT
-
14:17
Zidan rəsmən Fransa millisində
-
13:58
AMADA ilə CASPIA Analitik Mərkəzi arasında gələcək əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib
-
13:24
ÇSKA-nın baş məşqçisi: “Qələbəyə baxmayaraq, zəif oynadıq”
-
12:46
Stounz "İnter"ə keçdi
-
12:19
Türkiyənin güləş əfsanəsi Bakıda
-
12:00
Millimizin üzvü "LANDAU Lions"da
-
11:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:51
Azərbaycanın paragüllə atıcısı Dünya Kubokunun qalibi olub
-
10:25
Addainin yeni klubu müəyyənləşdi
-
10:03
ÇSKA “Qarabağ”la oyundan öncə qələbə qazandı
-
09:47
PFL I və II Liqaların püşkatma tarixini açıqladı
-
20:31
Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri müəyyənləşib
-
20:09
"Turan Tovuz"dan heç-heçə
-
19:28
"Murov Az Terminal"dan yeni müqavilə
-
18:54
Fərid Mansurov azarkeşlərlə görüşüb
-
18:17
Duşan Tadiçin yeni klubu müəyyənləşdi
-
17:42
"Qarabağ" azarkeşlərinə şad xəbər
-
17:00
"Real" itki ilə üzləşib
-
16:36
Elxan Səmədov Serbiya Superliqasının baş katibi ilə görüşdü
-
15:53
Emil Balayev “Dinamo”ya qarşı oynayacaq?
-
15:21
3 yunan-Roma güləşçimiz dünya çempionatının yarımfinalına yüksəlib
-
15:09
"Qarabağ"ın oyununda qorxulu bir şey görmədim"
-
14:45
Azərbaycanın paragüllə atıcısı Dünya Kubokunun finalına yüksəlib
-
14:18
Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
-
13:54
Prezidentdən Azərbaycandakı dünya çempionatı ilə bağlı Sərəncam
-
13:37
Cüdo üzrə yeniyetmələr arasında Liqa yarışının III turu keçiriləcək
-
13:20
Tanınmış hakim karyerasını başa vurdu
-
12:56
Ədalətin qələbəsi
-
12:12
"Zaqatala" baş məşqçisi ilə yolları ayırdı
-
11:43
“Neftçi”nin yetirməsi MOİK-də
-
11:01
UEFA-dan Kamal Umudluya növbəti təyinat
-
10:39
Azərbaycanlı idmançı beynəlxalq triatlon yarışında qızıl medal qazanıb
-
10:25
Azərbaycan avarçəkənləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:14
Azərbaycan millisi Afinaya yollandı
-
09:58
Ceyhun Nuriyev: “Zirə”dən ayrılandan “Araz-Naxçıvan”ı düşünürdüm”
-
09:47
Azərbaycan millisi Qazaxıstana qalib gəlib
-
22:43
Azər Məmmədov: “Bəzi mövqeləri yeni transferlərlə gücləndirəcəyik”
-
22:00
Toral Bayramov “Şaxtyor”a qarşı oynadı
-
20:36
"Sumqayıt" "Kəpəz"lə bərabərə qaldı
-
20:21
"Şamaxı" Qətər klubuna qalib gəldi
-
19:17
Avropa Cüdo Ümidləri Turnirində medalçılar müəyyənləşib
-
18:49
Emrelinin komandası çempionata məğlubiyyətlə başladı
-
18:05
Azərbaycan kanoeçisi Macarıstanda Avropa ikincisi olub
28.07.2026
27.07.2026
26.07.2026























