9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

“Turan Tovuz” bu gecə vətəni tərk edir

Mövsümün ikinci hissəsinə Antalyada hazırlaşacaq “Turan Tovuz” bu gecə vətəni tərk edir.

Futbolxeber.az saytına bu barədə Tovuz klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib.

Onun sözlərinə görə, komanda üzvləri bu gecə səhərə yaxın Antalyaya yollanacaqlar. Legionerlər isə kollektivə Türkiyədə qoşulacaqlar.

“Turan Tovuz”un Antalya toplanışı yanvarın 13-nə kimi davam edəcək. Bu müddətdə komanda yanvarın 9-da və 12-də olmaqla iki yoxlama oyunu keçirəcək. Rəqiblərdən biri artıq məlumdur. Bu, Rumıniya təmsilçisi “Qloria Buzau”dur. Tovuzluların rəqibi 21 turdan sonra Rumıniya çempionatında 16 komanda arasında sonuncu yeri tutur.

“Turan Tovuz”un hazırlıq prosesi çərçivəsində ikinci rəqibinin adı isə qarşıdakı günlərdə məlum olacaq.  

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31