9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Ayxan Abbasov: “Onunla danışıqlarımız gedir, hələlik razılıq əldə olunmayıb”

“Hazırlığı Bakıda keçirik. Hələlik məşqlərimiz Mərdəkanda olur. Bəzən məşq yerini dəyişə də bilərik. “Qarabağ”la çempionat oyununda Bakıda üz-üzə gələcəyik deyə, yanvarın 17-nə qədər paytaxtda məskunlaşmışıq”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.

Mövsümün ikinci yarısının hazırlığına dünəndən start verən bölgə təmsilçisi hələlik tam heyətlə məşq etmir: “Legionerlər sabah komandaya qoşulacaq. Artıq sabahdan tam heyətlə hazırlıq keçəcəyik. Hələ ki məşqlərdə yalnız yerli futbolçular iştirak edir”.

A.Abbasov yeni transferlərlə bağlı çalışmaların davam etdiyini vurğulayıb: “Rumın yarımmüdafiəçi Andrey Tırkoveanu ilə danışıqlarımız gedir. Hələlik razılıq əldə olunmayıb. Ümid edirəm ki, 1-2 günə məsələ yekunlaşacaq. Danışıq apardığımız başqa futbolçular da var. Lakin hələlik real nəsə yoxdur”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31