Ölkə futbolu
Asif Məmmədov: "10 nəfərdən 9-u məni milliyə layiq görürsə, bu, bəsimdir"
"İnter"in hücumçusu Asif Məmmədov Premyer Liqanın 25-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.
- "İnter" bu gün Premyer Liqanın 25-ci turu çərçivəsində "Bakı"ya qalib gəldi. İlk növbədə oyunla bağlı fikirlərini öyrənmək istərdik.
- Meydana yalnız qələbə üçün çıxmışdıq. Son turda "Neftçi"yə uduzmuşduq. Eləcə də "Qarabağ" qələbə qazanaraq, bizə yaxınlaşmışdı. Bizdən sonra bu iki komanda bir-birilə qarşılaşacaqdı və xal itkisi gözlənilən idi. Bir sözlə, oyun bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Oyuna da çox ciddi hazırlaşmışdıq. Şükürlər olsun ki, hər şey istədiyimiz kimi alındı. Bütün gücümüzü meydanda qoyduq, istəyimizə çatdıq və layiqli qələbə qazandıq.
- "İnter"in qələbəsində sənin də böyük rolun oldu. Oyundan əvvəl qol vuracağını gözləyirdinmi?
- Əlbəttə gözləyirdim. Çünki mən hər oyunda qol vurmağa çalışıram. Məşqçimiz məni hücumameyilli futbolçu kimi meydana buraxır. Mənim də vəzifəm qol vurmaqdı. Çox şadam ki bu dəfə də qol vurdum və komandamızın qələbəsində pay sahibi oldum.
- Artıq neçənci dəfədir ki, uzaqdan zərbə ilə baxımlı qola imza atırsan. Məşqlərdə bunun üzərində xüsusi olaraq çalışırsan?
- Təbii ki. Həm məşqdə, həm də məşqdən sonra qalıb, uzaqdan zərbələr üzərində işləyirəm. Ümumiyyətlə, buna xüsusi diqqət ayırıram. Bir ara "İnter" qol vurmaqda çətinlik çəkirdi. Buna görə də təkcə mən yox, "İnter"in əksər hücumameyilli futbolçuları məşqdən sonra bir müddət də meydanda qalır. Diqqətimizi zərbələrə cəmləşdiririk və bunun üzərində xüsusi olaraq çalışırıq. Gördüyünüz kimi, əziyyətimizin də bəhrəsini görürük.
- Ölkə kubokunda "Bakı" sizi mübarizədən kənarlaşdırmışdı. Bugünkü qələbəni həm də kubokun revanşı kimi dəyərləndirmək olar?
- Olar. Həmin vaxt biz heç də "Bakı"dan zəif təsir bağışlamamışdıq. Yəni ki, mübarizəni dayandırmağa layiq deyildik. Sadəcə olaraq həmin gün həm oyunumuz alınmadı, həm də bəxt bizdən üz döndərmişdi. Futbolda hər qol gözəldi, amma etiraf edək ki, o oyunda "Bakı"nın vurduğu qollar zamanı bir qədər bəxti gətirdi. Bu gün isə biz qələbə qazanmaqla mühüm 3 xal əldə etməklə yanaşı, həm də rəqibdən zəif olmadığımızı sübuta yetirdik.
- Qarşıda sizi "Qarabağ"la oyun gözləyir. Həmin oyun haqda nə deyə bilərsən?
- Həmin oyuna da ancaq qələbə üçün çıxacağıq. "Qarabağ" bu gün "Neftçi"ni məğlub edib. "Qarabağ"ın gücünə hamımız bələdik. Heyətlərində yaxşı futbolçular cəmləşib. "Neftçi"ni növbəti dəfə məğlub etməklə güclərini nümayiş etdirdilər. Amma nə olur-olsun biz yalnız qələbə üçün oynayacağıq. "Altılıq"da hər oyun çox ağır keçir.
- Hazırda yenidən liderdən 1 xal geri qalırsınız. "İnter"in çempion olması nə dərəcədə realdı?
- Hər şey öz əlimizdədir. Hazırda "Neftçi"dən 1 xal geri qalırıq, "Qarabağ"ı isə 2 xal qabaqlayırıq. Hər 3 komandanın şansı var. Bizim də məqsədimiz çempion olmaqdı. Sonadək bunun üçün mübarizə aparacağıq. Qarşıdakı "Qarabağ"la oyun çox mühüm əhəmiyyət kəsb edəcək. Səfərdə oynamağımıza baxmayaraq, meydana ancaq 3 xal üçün çıxacağıq. Həmin oyunda qələbə qazansaq, çempionluğa bir qədər də yaxınlaşacağıq. Mümkün olduqca xal itirməməliyik. Çünki növbəti xal itkisi bizə baha başa gələ bilər.
- "Neftçi"yə qarşı keçirdiyiniz son oyundan sonra rəqibin baş məşqçisi Böyükağa Hacıyev bildirdi ki, bundan sonra 10 dəfə də "İnter"lə qarşılaşsalar, yenə də qələbə qazanarlar. Hacıyevin sözləri nə dərəcədə realdı?
- Birincisi, bu, Böyükağa müəllimin şəxsi fikridir. Mən ona heç nə deyə bilmərəm. İkincisi də ki, Böyükağa müəllim belə açıqlamalar verməyi xoşlayır. Onun dilindən bu cür ifadələri tez-tez eşidirik. Futbolda biri udar, biri uduzar. 1 və ya 2 məğlubiyyət dünyanın sonu deyil. Qarşıda bizim "Neftçi" ilə daha bir oyunumuz var və çalışacağıq ki, həmin görüşdə qalib gələrək, uğursuzluğa son qoyaq.
- Bu gün çempionatda növbəti qolunu vurdun və "Bakı"ya qarşı oyunda meydanda ən yaxşılardan biri idin. Səncə, bütün bunlar Berti Foqtsun səni milli komandaya dəvət etməsinə səbəb olacaq?
- Hər bir futbolçu kimi mən də milli komandanın şərəfini qorumaq istərdim. 9 milyonluq xalqı təmsil etmək hər birimizin arzusudur və şərəfdir. Amma Foqts məni yığmaya çağırmırsa, nə edə bilərəm? Yəqin ki, taktikasına uyğun gəlmirəm. Ümumidimi üzmürəm, məşqlərdə səy göstərirəm, oyunlarda əlimdən gələni edirəm. Yəqin ki, 1 gün məni də çağırar.
- Millidən kənarda qalmağın psixoloji cəhətdən sənə pis təsir göstərmir ki? Çünki Foqtsan fərqli olaraq, çoxları səni yığmaya layiq bilir.
- Yox, psixoloji gərginlikdən söhbət gedə bilməz. Çağırmır, özü bilər. Məni tanıyanlar, tanıyır. Özümü kiməsə sübut etmək fikrində deyiləm. Məni milliyə layiq görən hər kəsə təşəkkür edirəm. 10 nəfərdən 9-u məni yığmaya layiq görürsə, bu, bəsimdir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
- II turun hakim təyinatları açıqlandı
- Şeydayevin yeni klubu müəyyənləşdi
-
23:39
“Səbail” Boluda son yoxlama oyununu keçirib
-
23:12
"Qarabağ" "Tvente" ilə oyuna hazırlaşır FOTOLENT
-
21:58
Şeydayev oynadı, komandası qalib gəldi
-
21:25
“Şahdağ-Qusar” rəqibini darmadağın etdi
-
20:00
Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
-
19:41
“Karvan-Yevlax” portuqaliyalı futbolçu transfer etdi
-
18:17
Maradonanın DÇ-1986-da əllə qol vurduğu top 3,35 milyon dollara satıldı
-
17:56
Embolo ABŞ klubunda
-
17:33
Sıqankov "Ayaks"a keçir
-
17:04
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb
-
16:49
“Neftçi”nin bombardiri: “Hazırda rəqəmlərə o qədər də önəm vermirəm”
-
16:22
“Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
-
16:00
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
-
15:17
Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
-
15:05
"Sumqayıt"dan ayrılan futbolçu Sloveniya klubunda
-
14:38
Fabinyo “Trabzonspor”da
-
14:21
"Gəncə" 3 basketbolçusu ilə müqavilə müddətini yeniləməyib
-
13:56
Seçim turnirində "Neftçi" qalib olub
-
13:43
Azərbaycan paraüzgüçüləri Avropa çempionatına Gəncədə hazırlaşırlar
-
13:19
Bakıda ilk dəfə "Ironman 70.3" triatlon yarışı keçiriləcək
-
13:00
Breme "Yuventus"a qələbə qazandırdı VİDEO
-
12:34
Millimizin üzvü Macarıstanda növbəti oyuna çıxdı
-
12:12
"Beşiktaş" uduzdu VİDEO
-
11:57
“Neftçi” 300-ə çatdı
-
11:41
"Milan"dan səfər qələbəsi VİDEO
-
11:25
Elvin Bədəlov: “Qələbə seriyamızı Zirədə də davam etdirmək istəyirik”
-
11:08
"Nyukasl" - "Liverpul" matçında 4 qol VİDEO
-
10:56
39-cu qapıçı
-
10:43
"Mançester Siti"dən geridönüş VİDEO
-
10:29
"Neftçi"dən yubiley qələbəsi
-
10:14
Salahın dublu "Trabzonspor"a qələbə qazandırdı VİDEO
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Barselona" mövsümə darmadağınla başladı VİDEO
-
23:49
"Bu mövsüm də "Araz-Naxçıvan"ın məqsədi avrokuboklara vəsiqə qazanmaqdır"
-
23:31
"Neftçi"dən qol şousu VİDEO
-
23:07
Yuri Vernidubdan qələbə şərhi
-
22:56
“Turan Tovuz”dan haqlı etiraz: Qol VAR idimi? VİDEO
-
22:40
“Turan Tovuz” xal itirdi, “Neftçi”dən böyük hesablı qələbə
-
22:28
"Turan Tovuz" - "Şamaxı" matçında heç-heçə VİDEO
-
21:12
Berdiyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
-
20:55
Azər Bağırov: “Turan Tovuz”a qarşı səfərdə oynamaq çox çətindir”
-
20:09
Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”
-
13:13
“Sabah” - “Hapoel” oyununun hakimləri müəyyənləşdi
-
12:51
"Napoli"dən səfər qələbəsi VİDEO
-
12:24
Cüdoçularımız Türkiyədəki turnirdə 3 qızıl, 1 bürünc medal qazanıblar
-
12:07
"Fənərbaxça" 3 xalı 4 qolla qazandı VİDEO
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:36
"İnter"dən mövsümə uğurlu start VİDEO
-
11:15
Eren Aydın: “Rəşad Sadıqovun inamını boşa çıxarmaq istəmirəm”
-
10:42
"Real" sonda sevindi VİDEO
24.08.2026
23.08.2026
























