Ölkə futbolu
Qurban Qurbanovdan qələbə şərhi
"Futbolçularımı təbrik edirəm. Həqiqətən çox yaxşı komandaya qarşı oynayırdıq. "Araz-Naxçıvan" uduzsa da, çox yaxşı idman forması göstərən kollektivdir. Bütün oyunlarda eynidirlər. Nəticələri də çox yaxşıdır. Elmar Baxşıyevə və komandasına uğurlar arzulayıram. Futbolçularıma yanvardan bu yana göstərdikləri performansa görə təşəkkür edirəm. Azarkeşlərimizə də həmçinin. Bizi tək qoymadılar. Yaxşı nəticə oldu. Qalibiyyət çox vacib idi ki, tətilə pozitiv notlarla yollanaq. Görünən odur ki, gələn il daha çox işləməli və daha sağlam, diqqətli olmalıyıq. Xalqımıza gələn il xoş günlər arzulayıram. Ölkəmiz üçün faydalı il olmasını arzulayıram".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turunun “Araz-Naxçıvan”la matçdan sonra keçirilmiş mətbuat konfransında danışıb.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- 2024-ə əvvəldən baxsaq, ili necə qiymətləndirərsiniz?
- Çox yaxşı. Bu ili ən uğurlu illərdən adlandırıram. "Braqa", "Bayer"lə oyunlarımız oldu. Ölkəmiz üçün futbol ili idi. Oyunların hamısı gərgin və maraqlı oldu. Həyəcanlı qələbələr, həyəcanlı məğlubiyyətlər var idi. "Bayer"ə hər iki matçda qalib gəlmək üçün yaxşı şansımız var idi. Çempion olduq, kubok aldıq. Minimum məqsədə çatdıq. ÇL-in pley-off mərhələsində oynadıq. Məğlubiyyətlər oldu AL-də. Olmamalı idi, ancaq oldu.
- İlin ən yaxşılarını seçirlər. Siz özünüz də ilin ən yaxşısı seçildiniz. Sizə görə, 2024-ün ən yaxşı yerli futbolçusu kimdir?
- Düşünməmişəm. İlk ağlıma gələn Toral oldu. Çox yaxşı sezon keçirdi. Avrokuboklarda da, çempionatda da. Komandamın ən fəal oyunçularından oldu. Siyahıya baxaram.
- Serxio Ramos məsələsi doğrudur?
- Xeyr.
- Müdafiə xəttini gücləndirmək istəyirsiniz?
- Düşünürük.
- Qış hazırlıq planınız bəllidir?
- Bəllidir. Bakıda qalacağıq. Yanvarın 9-da və 12-də oyunumuz olacaq. Qısa hazırlıq dönəmidir.
- Juninyo ilə bağlı yeni xəbər var?
- Elə ilk olan danışıqlardır, təklifdir. Sonra dedilər əlaqə saxlayacağıq, hələ ki sakitçilikdir.
- Nə qədər məbləğ təklif etsələr, gedişinə razılıq verərsiniz?
- Mənə aid məsələ deyil.
- "Sevilya"dan zəng gəlməməsi sizi sevindirir?
- Normal prosesdir. Böyük klubdur, dərindən düşünürlər. Hansı yaxşıdır, o da olsun.
- "Araz-Naxçıvan" "Qarabağ"la çempionluq uğrunda mübarizə aparacaq klubdur?
- "Araz-Naxçıvan" çox yaxşı komandadır, təcrübəli, bacarıqlı futbolçuları var. Nəticəyə inamlı oynayırlar. Amma bugünkü oyuna görə belə fikir bildirməyim çətin olar. "Araz-Naxçıvan"ın futbolçuları bəlkə daha istəkli idilər. O temp, o dinamika, mübarizə tam yox idi. Bəlkə də yorğunluqdan irəli gəlirdi. Bütün ölkələrdə ilin sonunda gəzə-gəzə oynayırlar. Futbolçular istirahət haqda düşünürlər.
- Nə vaxt "Qarabağ"ın yerli futbolçularını Avropa klubları transfer eədəcək?
- Bəlkə də, tezdir. Bu yöndə ayrıca iş qurulmalıdır. Amma bunun üçün istər-istəməz çempionatımızın səviyyəsi mütləq qalxmalıdır. Kənar ölkələr bizim liqaya dəyər verməlidirlər. Buna da vaxt lazımdır. Get-gedə alınmalıdır. Fubol olaraq böyük yaşımız yoxdur. Xaricə transfer etmək üçün ayrıca iş qurulmalıdır, propaqanda aparılmalıdır. Bəlkə oyunçularımız daha çox reklam olunmalıdır. Yəqin onun da zamanı gələcək.
- İcraiyyə Komitəsində pozitiv hansı müzakirələr oldu?
- Əfsuslar olsun ki, heç nə deyə bilməyəcəm. Çünki gərək rəsmi xəbər verilsin, bəlkə sonra hansısa maddə üçün fikir bildirə bilərik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
04.11.2026
03.11.2026
02.11.2026
























