12 May 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Ölkə futbolu

Qurban Qurbanovdan qələbə şərhi

“Öncə Vaqif Cavadova uğurlar arzulayıram. Onu burada görmək çox xoş oldu. Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. Zədəlilərimiz çoxdur. Müdafiədə çatışmazlıqlarımız var idi. Bu gün Bədavi Hüseynov da əzələsində ağrı hiss etdi. İstəyirik ki, futbolçularımızı istirahətə sağlam buraxaq. Amma əfsuslar olsun ki, tam alınmır. Bu, məni bir az narahat edir. Xeyli rotasiyalar, yerdəyişmələr etdik. Səhvlərimiz yenə var. Eyni oyunçular eyni mövqe səhvləri edir. Bu da yorğunluqla bağlıdır. İlin sonudur, yəqin çoxu istirahət haqda düşünür. Azarkeşlərimizə təşəkkür edirəm. Bu soyuq havada bizimlə oldular”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunda “Sumqayıt”ı 5:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:

- Toral Bayramov mərkəz müdafiəçisi mövqeyində necə təsir bağışladı? Ona yerə həmin mövqedə şans verəcəksiniz?

- Oyun tərzinə baxanda hazırda müdafiəçilərin içində ən uyğunu Toraldır. Təki digərləri sağlam olsun və belə bir ehtiyacımız olmasın. Toralın hücumu başlamaq qabiliyyəti var, onun ötürmələri daha dəqiqdir. Lazım olduqda onu orada istifadə edə bilərik.

- Qışda mərkəz müdafiəçisi transferi gözlənilir?

- Hər mövqe üçün axtarışlar gedir. Mərkəz müdafiəçisi mövqeyi üçün də ciddi axtarışdayıq.

- Daxili çempionatda bəyəndiyiniz futbolçular var?

- Maraqlandığım futbolçular var.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31