3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

“Araz-Naxçıvan”ın müdafiəçisi 300-ə çatdı

“Araz-Naxçıvan”ın futbolçusu Slavik Alxasov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.
 
Futbolxeber.az saytının Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, Premyer Liqanın XVI turuna təsadüf edib.
 
31 yaşlı müdafiəçinin yubiley oyunu “Səbail”lə səfər görüşündə (2:0) gerçəkləşib. Slavik 300 oyunda 15 qola imza atıb. Debütü 2011/2012 mövsümündə “Sumqayıt”da gerçəkləşən futbolçu ümumilikdə 7 klubda forma geyinib O, Sumqayıtın eyniadlı komandasında 126 (3 qol), “Xəzər Lənkəran”da 10, “İnter” və “Keşlə” adlandığı illərdə “Şamaxı”da 92 (10 qol), “Sabah”da 34 (2 oyun), “Zirə”də 20, “Turan Tovuz”da 7 və “Araz-Naxçıvan”da 11 matçda meydana çıxıb.
 
Alxasov Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 29-cu futbolçudur. O, buna cari mövsümdə nail olan ikinci oyunçudur. “Araz-Naxçıvan”ın digər müdafiəçisi Urfan Abbasov da 300-cü oyununu mövsümün gedişində keçirib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31