2 Dekabr 2025, Çərşənbə axşamı
"Qəbələ" və "Sumqayıt"dan qələbə
Şükürovun köməkçiləri bilindi
Saşa İliç: “Səhv məndədir”
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

Sxadadze: “Qarabağ” Avropada oynayır, biz isə I Liqada”

"Qarabağ" Azərbaycanda son 15 ilin ən yaxşı komandasıdır. Öz məşqçisi, heyəti, oyunçuları ilə onlar bunu sübut ediblər”.
 
FutbolxebQOL.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze deyib.
 
O, bu gün “Qarabağ”a qarşı keçirilən və 0:2 hesabı ilə uduzduqları Azərbaycan kubokunun 1/8 final mərhələsinin matçı barədə danışarkən klubun saytına deyib: “Mən oyunçularıma təşəkkürümü bildirir, onlara “çox sağ ol” deyirəm. Çox yaxşı, çəkinmədən oynadılar. Sonadək mübarizə apardılar. Əlbəttə ki, komandalar arasında ciddi fərq var".
 
Sxadadze "Qarabağ" haqda danışarkən həmçinin bildirib: "Rəqibimizin fərdi bacarıqlarına görə bizdən güclü olan futbolçuları çox idi. Təbii ki, qarşımızdakı komanda "Qarabağ"dır, bu da normaldır. Onlar Avropada, biz isə I Liqada oynayırıq. Bir daha qeyd edirəm ki, futbolçularımın gördüyü iş yüksək səviyyəlidir. Onların əziyyətini qiymətləndirirəm".







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31