1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

Rauf Əliyev təhqir və təhdidə görə cəzalandırılıb

“Qarabağ”ın 15 yaşadək oğlanlardan ibarət komandasının baş məşqçisi Rauf Əliyev 5 oyunluq cəzalanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə AFFA İntizam Komitəsinin son iclasında qərar qəbul olunub.
 
Buna mütəxəssisin noyabrın 8-də U-15 Liqasında keçirilən “Turan Tovuz”la matçın 67-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə, oyunboyu onların ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam etdiyinə görə 5 oyun cəzalandırılıb. O, həmçinin müstəsna hal kimi 500 manat cərimə edilib.
 
Sözügedən oyunda “Qarabağ”ın futbolçusu Oqtay Mehrəliyev də cəzalandırılıb. O, qarşılaşmanın 80+4-cü dəqiqəsində komanda yoldaşını təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyunluq diskvalifikasiya olunub.
 
“Qarabağ”ın azarkeşləri də hakimləri təhqir və təhdid ediblər. Bu hal oyunboyu davam etdiyinə görə komandanın növbəti oyununun azarkeşsiz keçirilməsinə qərar verilib







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30