4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

"Estoniyanı məğlub etməkdən başqa yolumuz yoxdur”

“Qarşıdakı görüşdə Estoniyanı məğlub etməliyik. Başqa yolumuz yoxdur. Əks halda millimiz qrup sonuncusu olacaq”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri veteran futbolçu, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov deyib.

O, milli komandamızın ötən seçmə mərhələdə daha uğurlu çıxış etdiyini xatırladıb: “Millimiz Estoniyadan sonra İsveçlə üz-üzə gələcək. O oyun yığmamız üçün çox çətin olacaq. Biz bu komandanı da, elə Estoniyanı da, Slovakiyanı da əvvəlki seçmə illərdə məğlub etmişdik. Lakin bu dəfə əksini görürük. Hər bir rəqibə qarşı sona qədər oynamaq lazımdır”.

“Millimizin uğursuzluğunun səbəbini nədə görürsünüz?” sualını İ.Cavadov belə cavablandırıb: “Azərbaycan çempionatının səviyyəsini qaldırmalıyıq. Yerli futbolçular inkişaf etmir”.

Fərəc Aslanov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30