27 Mart 2026, Cümə
U-21 millimiz Portuqaliyaya qəbul edir
Qapı bağlı qalıb... qapıçılarımıza
"Neftçi" məşqləri bərpa etdi
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

Mahir Emrelidən ardıcıl 4-cü qol

Almaniya 2-ci bundesliqasında 11-ci turun oyunları davam etdirilir.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” səfər matçında “Hamburq”la qarşılaşıb. 
 
M.Emreli əsas heyətdə yer alıb. O, 63-cü dəqiqədə komandasının bərabərlik qolunu vurub - 1:1.  Bu, onun komandasında ardıcıl 4 oyunda 4-cü qolu olub (3-ü Liqa, 1-i kubok oyununda).
 
65-ci dəqiqədə Emreli sarı vərəqə alıb. 68-ci dəqiqədə isə Emreli Lukas Shhemilerlə əvəzlənib.
 
Oyun isə 1:1 hesabı ilə yekunlaşıb. 
 
Bu heç-heçə sayəsindı xalını 17-ə çatdıran “Nürnberq” isə 6-ci yerə yüksəlib.
 
Xatırladaq ki, M.Emreli daha öncə 2-ci Bundesliqada son iki oyunun hər birində 1 qol vurub. O, daha 1 dəfə isə Almaniya kubokunun matçında fərqlənib.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31