23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Ölkə futbolu

UEFA "Qarabağ"ın məşqçisini iki oyunluq cəzalandırıb

UEFA "Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarovu iki oyunluq cəzalandırıb.
 
Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, buna 47 yaşlı mütəxəssisin Bakıda "Ayaks"a uduzduqları (0:3) Avropa Liqasının Liqa mərhələsinin III turunun matçında qırmızı vərəqə alması səbəb olub.
 
Görüşü idarə edən şotlandiyalı FIFA referisi Nikolas Uolş fasilədə Bolqarıstandan olan məşqçiyə qırmızı vərəqə göstərib.
 
O, Avropa Liqasında qarşıdakı iki matçda texniki zonada əyləşə bilməyəcək.
 
Bundan əlavə, həmin qarşılaşmada birbaşa qırmızı vərəqə görən Julio Romao və ikinci sarı vərəqədən sonra meydandan qovulan Elvin Cəfərquliyev hərəyə bir oyunluq cəzalandırılıblar.
 
Qeyd edək ki, "Qarabağ" IV turda, noyabrın 7-də Norveçdə "Budyo Qlimt"in qonağı olacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31