2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

"Ayaks"ın baş məşqçisi: "Qarabağ" yalnız 0:3-dən sonra təslim oldu"

"Təbii ki nəticədən razıyıq. Qələbə qazandıq. Oyunçularımın performansından razı qaldım".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Ayaks"ın baş məşqçisi Françesko Farioli Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:

- Hakimin performansını necə dəyərləndirirsiniz? Niderland çempionatında bu cür penalti, yaxud qırmızı vərəqə verilir?

- Biz heç vaxt hakimlər barədə danışmırıq.

- İlk hissədə komandanızın oyunundan nə dərəcədə razı qaldınız?

- Birinci hissədə "Qarabağ" oyuna fantastik başladı. Bunu gözləyirdik. Dünən də işimizin heç də asan olmayacağını demişdim. Lakin "Qarabağ" azlıqda qaldıqdan sonra oyunun gedişatı dəyişdi.

- Qələbədə hansı amil həlledici oldu?

- Bu, sadəcə bir elementlə bağlı deyil. İlk qoldan sonra daha rahat oynadıq. Daha çox qol şanslarımız oldu. Azlıqda qalsa da, "Qarabağ" təzyiqləri davam etdirirdi. Yalnız 0:3-dən sonra onlar təslim oldular.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28