15 Sentyabr 2025, Bazar ertəsi
V turun hakim təyinatları açıqlandı
"Kəpəz" 1000-ci oyununa çıxdı
“Qarabağ” Lissabona çatdı
"Onlardan yüz faiz razı deyilik"

Ölkə futbolu

Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

17 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Şahdağ Qusar” - “Sheki City” oyununda “Sheki City” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
 
17 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Şəfa” - “Lerik” oyunu “Lerik” komandasının görüşə gəlməməsi səbəbindən baş tutmadığına görə “Lerik” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Lerik” komandası 300 manat cərimə edilir (maddə 61.4);
 
17 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Qusar” - “Şəmkir” oyununda “Qusar” komandası oyun günü planının tələblərini pozduğuna görə 100 manat cərimə edilir (maddə 77.1);
 
17 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Kür-Araz” - “Şimal” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
 
18 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Dinamo” - “Saatlı-Araz” oyununda “Dinamo” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” komandası 70  manat cərimə edilir (maddə 37)
 
19 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Ağdaş” - “Hypers Guba” oyununda “Ağdaş” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
 
19 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Ağdaş” - “Hypers Guba” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Ağdaş” komandası 50 manat cərimə edilir (maddə 70.1);
 
19 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Ağdaş” - “Hypers Guba” oyununda “Ağdaş” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” komandası 70 manat cərimə edilir (maddə 37);
 
19 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Ağdaş” - “Hypers Guba” oyununda “Ağdaş” komandasının 20 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Ağdaş” komandası 300 manat cərimə edilir (maddə 43.3).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30