6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

AFFA klubları cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, iclasda Azərbaycan kubokunun I təsnifat mərhələsinin bəzi oyunlarındankı pozutularla bağlı qərarlar verilib.
 
Göygöl” - “Hypers Quba” oyununda meydan sahiblərinin 6, qonaqların 5 futbolçusu sarı vərəqə aldığına görə hər iki klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Göygöl” komandası əlavə 80 manat cərimələnib. "Göygəl"ə daha bir cərimə matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə tətbiq olunub (100 manat).
 
“Lerik” - “Ağdaş” oyununda oyun günü planı pozulduğuna görə “Lerik” komandası, “Ağdaş” isə matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə hər biri 100 manat cərimələnib.
 
“Şəki Siti” - “Şəmkir” oyunu “Şəmkir” komandasının qapıçısının formasında qüsur olması səbəbindən matç gec başladığı üçün “Şəmkir” komandası 80 manat cərimə edilib.
 
“Dinamo” - “Füzuli” oyununda “Füzuli” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31