30 Avqust 2026, Bazar günü
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Ölkə futbolu

"Neftçi"nin yeni baş məşqçisi məlumdur?

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə futbolinfo.az xəbər yayıb. Bu, Zaqreb “Dinamo”sunun sabiq məşqçisi Sergey Yakiroviçdir. Bosniyalı mütəxəssisin artıq Bakıya gəldiyi bildirilir. Hazırda tərəflər arasındakı danışıqların son mərhələsidir. Ciddi bir fikir ayrılığı yaranmasa, Yakiroviçlə ən qısa zamanda rəsmi müqavilə imzalanacaq.
 
Qeyd edək ki, Sergey Yakiroviçin sonuncu iş yeri yeri Zaqreb “Dinamo”su olub. Xorvatiya çempionu bu mövsüm UEFA Çempionlar Liqasının təsnifat mərhələsində məhz onun rəhbərliyi altında “Qarabağ”ı hər iki oyunda məğlub edərək mərhələni adlamışdı. O, ÇL-in Liqa mərhələsində “Bavariya”ya böyükhesablı məğlubiyyətdən (2:9) sonra sentyabrın 19-da “Dinamo”dan qovulmuşdu.
 
Qeyd edək ki, 47 yaşlı mütəxəssis “Riyeka”, “Zrinski”, “Maribor”, “Qoritsa” və “Sesvete” kimi klublarda da baş məşqçi kimi çalışıb. O, 2021/2022 mövsümündə də “Zrinski”ni Bosniya və Herseqovina çempionu edib, ötən mövsüm Zaqreb klubu ilə Xorvatiyada qızıl dubla imza atıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31