30 Avqust 2026, Bazar günü
"Şəfa" öz meydanında uduzdu
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...

Ölkə futbolu

Mesut Özil Azərbaycanda akademiya açır?

Almaniya yığmasının Türkiyə əsilli sabiq üzvü Mesut Özil Azərbaycanda idman akademiyası açmaq niyyətindədir.
 
Futbolxeber.az saytının məlumatına görə, bu bərədə sabiq futbolçunun özü "Qarabağ"ın açıq məşqində iştirak etdikdən sonra mətbuat konfransında bildirib.
 
O deyib: "Çox şadam ki, buradayam. Türkiyədə "Mesut Özil İdman Akademiyası" açacağıq. Azərbaycanda da həmçinin. Bununla bağlı görüşlər olacaq. Müsbət olacağını düşünürük. Burada azarkeşlər məni sevindirdi. Dəstəyə görə təşəkkür edirəm. Çox qürurlandım
 
Mənim məqsədim gənc nəsillərə toxunmaqdır. Həm Türkiyədə, həm Azərbaycanda dini, sevgini, qayğını, bərabərliyi öyrədərək gözəl əxlaqlı uşaqlar yetişdirmək istəyirik. Onlar Arda Gülər kimi Avropada böyük klublarda oynamalıdırlar, özlərini və ölkələrini layiqli şəkildə təmsil etməlidirlər. Hər şeyi Allah bilər".
 
Qeyd edək ki, Türkiyə və Azərbaycandan sonra Özilin idman akademiyası dünyanın bir çox ölkələrində fəaliyyət göstərəcəyi planlaşdırılır.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31