7 Noyabr 2026, Şənbə
U-21 millimizin heyəti açıqlandı
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

Kaxaber Sxadadze: "Bu cür meydanda oynamaq olduqca çətindir"

"Əlbəttə, bu cür meydanda oynamaq olduqca çətindir. Komanda öz oyununu göstərə bilmir. Futbolçuların zədələnmə ehtimalı çox olur".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze 1-ci liqanın 4-cü turunda səfərdə "Bakı Sportinq"ə qalib gəldikləri oyundan sonra deyib.
 
Gürcüstanlı mütəxəssis 2:0 hesablı qələbəni belə şərh edib: "Rəqib komanda evdə oynayırdı. Müəyyən mənada bu onlar üçün üstünlük idi. Ümumiyyətlə, "Qəbələ"yə qarşı bütün klublar xüsusi motivasiya ilə oynayırlar. Hər oyun maksimum gücümüzlə hazırlaşmağa çalışırıq. Çıxdığımız bütün matçlarda əlimizdən gələni edib əsas məqsədimiz olan qələbəni əldə etməyə can atır, bunun üçün mübarizə aparırıq. Bu dəfə də istəyimizə çatdıq. Komandam yaxşı oyun göstərdi, futbolçularımdan razıyam".
 
Qeyd edək ki, "Qəbələ" bu qələbə ilə xallarını 10-a çatdıraraq 2-ci pilləyə yüksəlib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30