2 Noyabr 2025, Bazar günü
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

Hakimləri təhqir edən məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının PFL-ə istinadən verdiyi məlumata görə, iclasda I Liqanın III turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

25 sentyabr 2024-cü il tarixində I Liqanın III turunun “Cəbrayıl” - “İmişli” oyununda “Cəbrayıl” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Cəbrayıl” komandası 70 manat cərimə edilir (maddə 37);

25 sentyabr 2024-cü il tarixində I Liqanın III turunun MOİK - “Difai” oyununda MOİK komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə MOİK komandası 70 manat cərimə edilir (maddə 37);

25 sentyabr 2024-cü il tarixində I Liqanın III turunun MOİK - “Difai” oyununun 72-ci dəqiqəsində MOİK komandasının məşqçisi Musa Rəhimov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır, MOİK komandası 400 manat cərimə edilir (maddə 43.4);

25 sentyabr 2024-cü il tarixində I Liqanın III turunun MOİK - “Difai” oyununun 90+1-ci dəqiqəsində “Difai” komandasının 10 nömrəli futbolçusu Tahir Zeynalov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Difai” komandası 50 manat cərimə edilir (maddə 36.5);

25 sentyabr 2024-cü il tarixində I Liqanın III turunun MOİK - “Difai” oyununun 90+4-cü dəqiqəsində “Difai” komandasının 11 nömrəli futbolçusu Sənan Ağayevin ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Difai” komandası 50 manat cərimə edilir (maddə 36.5);

26 sentyabr 2024-cü il tarixində I Liqanın III turunun “Karvan” - “Baku Sportinq” oyununda “Karvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” komandası 70 manat cərimə edilir (maddə 37);

26 sentyabr 2024-cü il tarixində I Liqanın III turunun “Karvan” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sportinq” komandası 70 manat cərimə edilir (maddə 37);








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30