6 May 2026, Çərşənbə
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”

Ölkə futbolu

Aleksey İsayev: “Dinamo”ya qarşı ən yaxşı oyunumuzu sərgiləyəcəyik”

"Turan Tovuz" meydanda bizdən daha yaxşı idi. Ona görə də qələbə qazandılar. Daha çox çalışmalıyıq. Futbolda məğlubiyyətlər də olur. Bu cür hallar bizi daha da güclü edir".

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Aleksey İsayev Azərbaycan Premyer Liqasının IV turunda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

O, bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”suna qarşı keçiriləcək matça ciddi hazırlaşdıqlarını bildirib: “Komandada psixoloji cəhətdən hər şey yaxşıdır. "Dinamo" ilə oyuna çox ciddi hazırlaşmışıq. Ən yaxşı oyunumuzu sərgiləyəcəyik".

29 yaşlı futbolçu mərhələ adlamaq istədiklərini söyləyib: "Əlimizdən gələni edəcəyik. Məqsədimiz qələbə qazanmaq və qrup mərhələsinə vəsiqə qazanmaqdır".

A.İsayev sonda fanatlara səslənib: “Azarkeşlər hər zamankı kimi, yanımızda olsunlar. Biz də onları sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bəzən məğlubiyyətlər də olur. Amma biz istənilən halda irəli gedirik. Hər şey yaxşıdır”.

Fərəc Aslanov

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31