Ölkə futbolu
Qurban Qurbanov: “Sabah hər bir futbolçu karyerasının ən yaxşı oyununu oynamalıdır”
“Oyunun mahiyyəti bəllidir. Çox vacib oyundur. Komanda pis hazırlaşmayıb. Hər şey qaydasındadır. Üç top fərqi ilə geridə olsaq da, inamımız böyükdür, hazırlığımız yaxşı keçdi. Qalibiyyət üçün hər şeyi etməyə çalışacağıq. İstərdik ki, azarkeşlərimiz oyunumuzdan razı qalsın. Əsl final matçı kimi hazırlaşmışıq. Rəqibimizi tanıyırıq. Onların üstünlüyü bizdən çox görünə bilər. Amma hər bir halda komandama inanıram, güvənirəm. Sabah yaxşı nəticə üçün hər bir futbolçu karyerasının ən yaxşı oyununu oynamalıdır”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Zaqreb “Dinamo”suna qarşı keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.
Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Sabah “Dinamo”ya Bakıda da uduzsanız, bunu faciə hesab edəcəksiniz?
- Əlbəttə ki, yox. Əgər hər məğlubiyyəti faciə kimi düşünəcəyiksə, bu sahədə işləməyə dəyməz. Çünki idmanda qələbə, məğlubiyyət, bərabərlik olur. Bunlara hazır olmalıyıq. Biz ümumi işimizə dəyər verməliyik. Bir şeyə əmin olmuşam ki, biz hər oyuna çox məsuliyyətlə yanaşmışıq. Geridə nəsə alınmayıbsa, məsuliyyətsizlikdən bir şey olmayıb. Sadəcə burada rəqibin üstünlüyü və ya hansısa digər detallar olub. Hər bir halda, məğlub oluruqsa, nəticə çıxarırıq. Sabah qalib gəlmək istəyirik.
- Sabah qapıda Koxalski olacaq, yoxsa Buntiç?
- Sabaha kimi vaxtımız var. Oyuna qədər tam qərar verəcəyik.
- Zədəli oyunçuların durumu nə yerdədir?
- Marko Veşoviçdə durum pis deyil. Srağagün komandaya qoşulub. Bu gün də komanda ilə məşq etməldiir. Sabah həkim nəzarətindən sonra ən azından 23-lükdə ola bilər. Marko Yankoviç isə fərdi məşq edir.
- Julio Romanonun cəzalı duruma düşüb-düşməməsi barədə arxayınlığınız var idi? Çünki bəziləri bildirirdi ki, cəzalı durumdadır...
- Şübhəmiz var idi. Çünki reqlamentdə üç sarı vərəqə futbolçunu cəzalı duruma salır. Sadəcə orada bir nüans var idi, o bəndi incələmək lazım idi. Arxayınlığımız var idi ki, Romao oynayacaq. Amma yenə də, qəti cavab istəyirdik UEFA-dan. Elə dünən cavab gəldi. Qeydləri göstərmişdik. Dedilər ki, siz haqlısınız, Romao oynaya biləcək.
- Hesab arasındakı fərqi nəzərə alsaq, ilk dəqiqələrdən hücuma atılmalısınız. Rəqib baş məşqçi də bildirib ki, startda “Qarabağ”ın təzyiqi olacağını gözləyirlər. Bunu nəzərə alaraq rəqibi nə iləsə təəccübləndirə biləcəksiniz?
- Qarşımızda hesabda 3:0 öndə olan, böyük təcrübəyə malik "Dinamo" var. Bəzən təkcə cəsarət, istək olanda "yana" bilərik, istəyimiz alınmaya bilər. Rəqibi çox yaxından tanımalıyıq. Sabah mütləq şəkildə rəqibə təzyiq etməliyik. Amma bunu ağıllı etmək lazımdır. Çünki səfərdə rəqibin əks-hücumlarda necə təhlükəli olduğunu gördük. Buna hazır olmalıyıq. Onlar da buna hazırlaşıb. Açıqlamalarından bunu görürəm. Tam əksi də ola bilər. Yəni rəqib də bizə təzyiq göstərə bilər. Bunların hamısına hazır olmalı, istənilən təzyiqə dözməliyik. Ağıllı və cəsarətli olmalıyıq. Hazırlıq buna doğru gedir. Etdiklərimizi daha da yaxşılaşdırmalıyıq. Səfərdə xeyli sayda qol epizodlarımız oldu. "Dinamo"nun qapıçısı da yaxşı oynadı. Görünən odur ki, daha səliqəli, daha dəqiq oynamağa çalışmalıyıq.
- Transfer çalışmalarını bitmiş saymaq olar?
- Axtarışlar gedir. Müddət azdır. Azad agent statusunda olan futbolçuları gətirmək problem olmur. Belə olarsa, axtarışları davam etdirəcəyik və yox deməyəcəyik. Ehtiyac var. Ən pis halda, əlimizdəki futbolçular yetəri qədərdir. Olsa, edəcəyik.
- Səfərdə uduzsanız da, sizə inam böyükdür. Bu inamın qarşılığında nə deyə bilərsiz?
- İlk oyundan sonra da inamım itmədi. Gedişatda hamı fərqli düşünə bilərdi. "Qarabağ"ın da gücü, xarakteri bundandır. Azarkeşlər hesabdan asılı olmayaraq, bizə güvənib gəlirlərsə, bizim də onları sevindirməkdən başqa çıxış yolumuz yoxdur. Fikirlərimiz üst-üstə düşür.
- Sabahkı oyunun ab-havası 15-16 illik "Qarabağ" karyeranızda hansı oyunu xatırladır?
- Bu barədə düşünməmişəm. Deyəcək bir söz yoxdur. Hamı ola bilər ki, bizdən 0:3 hesablı məğlubiyyət gözləmirdi. Amma futbol elə səviyyədədir ki, bütün rəqiblər 4-5 qolu rahat vurur. Buna baxmayaraq, bizim kimi klublarda belə şans çox ələ düşmür. İlk dəfə pley-offa düşəndə, Çempionlar Liqası himninin Bakıda səslənməsi haqda danışırdılar. Deyirdilər ki, o da bəsdir. İndi qrupları istəyirik. Bu, məsuliyyətdir, azarkeşlərin güvənini qazanmaqdır. Çalışıram ki, onların istəyi, arzusu real olsun. Məsuliyyət budur. Hansısa oyunla yan-yana qoymaq, bunu deyə bilməyəcm. İnanmıram ki, hansısa matçda məsuliyyət olmasın. Hər oyunda deyirlər ki, "Qarabağ"dan qələbə gözləyirik, qalib gəlməlidir. Bu şans hər dəfə olmur. Şansdan maksimum istifadə etmək istəyirik. Qarşımızdakı rəqibi də nəzərə almaq lazımdır. Belə rəqiblərə qarşı oynamaq həmişə xoş olub.
- Ötən mövsüm "Dinamo" pley-off mərhələsinin ilk oyununda "Sparta"ya 3:1 hesabı ilə qalib gəlsə də, cavab görüşündə 1:4 uduzdular. Konfrans Liqasının 1/8 mərhələsində isə PAOK-a 2:0 qalib gəlsələr də, səfərdə 1:5 uduzaraq mübarizəni dayandırdılar. Bu detala diqqət etmisiniz?
- Baxmışam, maraqlanmışam. Hər buraxılan, vurulan qollara baxmışam. Onların təcrübəli məşqçiləri var. "Dinamo" yaxşı kollektivdir, böyük klubdur. Belə nəticələr onları daha da məsuliyyətli edir. Onlar özləri də bunu düşünürlər. Bu matçda daha məsuliyyətli olacaqlar. Hər oyunları ilə maraqlanmışam.
- Penaltilərə hazırsınız?
- Bəli. Hər bir mübarizəyə hazırıq. Azarkeşlər bizə güvənirsə, bizdən qələbə gözləyirlərsə, nəinki 90 dəqiqə, 120 dəqiqə meydanda vuruşmağa hazırıq. Penaltilər sonranın işidir. Əsas ilk 90 dəqiqədə çalışacağıq ki, intizamlı oyun göstərək və nəticə verək. Çox istəyərdik ki, hər şey 90 dəqiqədə həll olunsun.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























