Ölkə futbolu
Stefan Aka: “Osiyek”lə səfərdəki matçın nəticəsi barədə düşünməməliyik”
“Zirə”nin müdafiəçisi Stefan Akanın Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının ikinci turunda “Sabah” üzərində 2:0 hesablı qələbə qazandınız. Əsas rəqiblərdən birini çətinlik çəkmədən üstələyəcəyinizi gözləyirdinizmi?
- Biz həm birinci, həm də ikinci hissədə yaxşı oynadıq. Matç asan keçmədi. Belə olmayacağını da bilirdik. Çünki “Sabah” yaxşı rəqibdir. Keyfiyyətli futbolçulardan təşkil olunub. Xarakter nümayiş etdirdik. Bütün oyuna nəzarət bizdə idi. Qalib gəldiyimiz üçün xoşbəxtik.
- “Sabah”la matçda komandanı meydana kapitan kimi çıxarmışdınız. Daşıdığınız sarğı məsuliyyətinizi daha da artırır?
- Baş məşqçimizə təşəkkür edirəm ki, mənə etimad göstərib. Komandanın kapitanlarından biri də mənəm. Mən də etimadı doğrulmaq üçün əlimdən gələni etməyə çalışıram. Hər zaman komandama faydalı olmaq istəyirəm.
- Hazırda “Qarabağ”la birgə şərikli lidersiniz. Proqnozlaşdırmaq olar ki, bu mövsüm də turnir cədvəlində Ağdam klubuna ən yaxın komanda “Zirə” olacaq?
- Düşünmürəm ki, “Qarabağ”la mübarizə aparacaq yeganə komanda bizik. Çempionatda keyfiyyətli kollektivlər var. Ona görə də mövsüm çox çətin və gərgin keçəcək.
- “Sabah” üzərində qələbə “Osiyek”la matçdan öncə əhval-ruhiyyənizi daha da artıracaq?
- Təbii ki, qələbə qazanmaq hər zaman xoşdur. Vacib 3 xal qazandığımız üçün sevinirik. Artıq bütün diqqətimizi “Osiyek”lə matça yönəltmişik.
- Xorvatiya təmsilçisi ilə matçdan gözləntiləriniz nədir?
- İlk matçda səfərdə heç-heçə etmişik. Ola bilər kimsə düşünsün ki, müəyyən qədər üstünlüyümüz var. Lakin cavab matçı çox çətin keçəcək. Çünki “Osiyek” güclü rəqibdir. Bunu ilk matçda da gördük. Biz də növbəti mərhələyə yüksəlməyə qadirik. Buna görə də meydanda bütün gücümüzü qoyacağıq. Mərhələ adlamaq üçün sona kimi vuruşacağıq.
- “Zirə” cütün taleyini xeyrinə həll etmək üçün ilk növbədə hansı amillərə diqqət yetirməlidir?
- İlk dəqiqələrdən rəqibi təzyiqdə saxlamalı, səfərdəki matçın nəticəsi barədə düşünməməliyik. Pressinq tətbiq etməli, aqressiv olmalıyıq. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirə bilsək, istəyimizə çatarıq.
- Yeni mövsümə əla start verməsinə baxmayaraq, avrokubok matçlarında “Zirə” layiq olduğu azarkeş dəstəyini görmür. “Osiyek”lə vacib oyunda stadionu doldurmaları üçün fanatlara çağırış etmək istərdiniz?
- Biz avrokuboklarda təkcə özümüzü yox, ümumilikdə Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq. Lakin azarkeş məsələsi tək bizlə bağlı deyil. Təbii ki, fanatların stadiona gəlişi bizim üçün əlavə motivasiyadır. Onlarla daha güclü oluruq. Ona görə çox istərdim ki, qarşıdakı matçda azarkeşlərin güclü dəstəyini hiss edək.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
06.11.2026
05.11.2026
























