Ölkə futbolu
“Şerif”i nə tez unutduq?..
"Qurban müəllim, sizə elə gəlmir ki, futbol ictimaiyyəti, azarkeşlər, media "Ludoqorets"i çox kiçiltmişdi?" - bu sualı Qurban Qurbanova "Ludoqorets"lə oyundan sonra ünvanlamışdım. Həqiqətən də Ağdam klubu Bolqarıstan çempionuna rəqib olandan sonra hamı pley-off mərhələsində hansı klubların "Qarabağ"a rəqib ola biləcəyi ilə maraqlanırdı. Sanki artıq "Ludoqorets"i keçmiş(d)ik. Halbuki rəqibin avrokubok təcrübəsi, heyətindəki milyonluq oyunçular heç kimin "yadına düşmürdü". Yekunda ilk oyunda “Ludoqorets”in 2:1 hesablı qələbəsi artıq Zaqreb “Dinamo”su ilə pley-off matçına “hazırlaşanlar”a cavab oldu...
Yaxşı ki, Qurban Qurbanov və komandası bizim kimi rəqibi kiçiltmir. İnanırıq ki, çempionumuz cavab matçında Bakıdakı məğlubiyyətin əvəzini çıxıb, ÇL-də yoluna davam edəcək.
Amma görünən odur ki, biz hələ də arxa tullanmamış “hop” deməkdən əl çəkmirik. Çünki indi də eyni hal "Zirə" ilə bağlı yaşanır.
Dünənki "Osiyek"lə heç-heçədən sonra sosial şəbəkələrdə gedən müzakirələrdən belə "aydın olur ki", sanki Rəşad Sadıqovun komandası artıq pley-offdadır. Bir qədər irəli gedib, "görəsən, "Omoniya" güclüdür, yoxsa "Fehervar" düşüncəsində olanlar da var. Hələ mən "Zirə" artıq qrupdadı" fikrini səsləndirənləri demirəm...
Yəni biz həqiqətənmi bu qədər unutqanıq? Axı ortada acı "Şerif" xatirəsi var. "Zirə"nin Moldova klubuna Bakıdakı məğlubiyyətini nə tez unutduq? Özü də onda "qartallar" səfərdən heç-heçə deyil, qələbə ilə dönmüşdü. Gəl ki, bir səhv gedişatı tam dəyişdi. “Osiyek” Cəbəllütariq, San Marino, Andorra təmsilçisi deyil. Azərbaycanla futbolu arasında böyük fərq olan Xorvatiyanı təmsil edir. Bəli, Rəşad Sadıqovun komandası dünən xarakter nümayiş etdirdi, güclü rəqiblə başabaş mübarizə apardı. Lakin bu, bizə “Zirə” artıq “Osiyek”i keçib” deməyə/düşünməyə əsas vermir. Əmin olun ki, X orvatiya təmsilçisinə qarşı Bakıdakı matç “Zirə” üçün səfərdəkindən də çətin olacaq. Rəşad Sadıqov matçdan sonra təşkil olunan mətbuat konfransında əbəs yerə “Cavab matçında daha istəkli, daha güclü “Osiyek” gözləyirəm” deməyib. Odur ki, gəlin tələsməyək. “Zirə”nin “Osiyek”i üstələməsini hər birimiz istəyirik. Könül istər ki, Azərbaycan futbolu tarixində ilk dəfə olaraq pley-offda da, lap qrup mərhələsində də 3 təmsilçimiz olsun. Lakin səbirli olaq və heç bir rəqibi kiçiltməyək.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
07.11.2026
06.11.2026
























